Meyvə qurularının faydaları

Meyvə qurularının faydaları
Xalq təbabəti
10.09.2017 31
Şirniyyat sevən insanlar üçün arıqlamaq əsl problemdir. Amma qeyd edək ki, pəhriz zamanı bir çox vitaminlər bədənə daxil olmur. Amma polivitamin qəbul edib, enerji toplayib, eyni zamanda əsl ləzzəti dadmaq üçün quru meyvələrdən yaxşı vasitə ola bilməz. Onların tərkibində olan kalsium, dəmir, natrium, maqnezium, B6 vitamini və pektin maddələri bədənin dayağıdır. Meyvə quruları mədə-bağısaq sistemini tənzimləyib qəbizliyi aradan qaldırır.



Kişmişin tərkibində çoxlu bor maddəsi var, bu da osteoporozun qarşısını alır, kalsium isə dırnaq və saçları bərkidir. Dəmir baxımından zəngindir, bu səbəblə qansızlığa yaxşı təsir göstərir. Kişmişin tərkibində saçların uzanması üçün vacib vitaminlər vardir və kişmiş qocalmanın qarşısını alır.



Qara gavali B qrup vitaminlərini özündə cəmləşdirib orqanizmi stress hallarına qarşı dözümlü edir.Qara gavalı qurusunu dəmləyib içdikdə mədə qicqirmasından, qəbizlikdən yaxa qurtarmaq olar.



Xurmanın tərkibinə bütün vitaminlər daxil olduğu üçün müalicəvi xüsusiyyətinə görə aspirini əvəz edir. Bədənə qüvvət verir və baş ağrısını müalicə edir. Xurma qadınlara hamiləlik doğuş və uşaq əmizdirmə zamanı cox faydalıdır. Xurma doğuşu asanlaşdırır orqanizmin süd hasil etməsinə yardımçı olur.



Armud orqanizmdən toksinləri xaric edir. Bağırsağın fəaliyyətini tənzimləyir. Qurudulmuş armudun tərkibində çoxlu sayda vitaminlər, mikroelementler, şəkər, yod vardir.



Əncir xərçəng hüceyrələrinin inkişafına mane olur. Həzm sistemini normallaşdırır. Bronxiti müalicə edib, bağırsaq parazitlərini məhv edir. Gün ərzində 7 ədəd qurudulmuş əncir yeməklə baş ağrısından yaxa qurtarmaq olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!