Yaşıl çay

Yaşıl çay
Xalq təbabəti
10.09.2017 27
Yaşıl çay - çay içkisinin növlərindən biri. İnsan orqanizminə əhəmiyyətinə və müəyyən xüsusiyyətlərinə görə qara çaydan fərqlənir.

Yaşıl çayın daha vacib bir funksiyası arıqlamağa kömək etməsidir. Yaşıl çay orqanizmə düşən kimi metabolizm prosesini tezləşdirir, daha doğrusu maddələr mübadiləsini tənzimləyir. Gün ərzində 2 fincan yaşıl çayın qəbul edilməsi tədricən 100 kkal arıqlamağa kömək edəcək. İl ərzində siz əlavə əziyyət çəkmədən və pəhriz saxlamadan 4 kiloqram arıqlayacaqsınız.

Yaşıl çay yağ və yağ turşularının sorulması və qlükozanın səviyyəsini tənzimləyir. Polifenol katexin qlükozanın yağlara keçməsini yubadır. Yaşıl çay istifadə etməklə, qidalanmadan sonra qanda şəkərin səviyyəsi yavaşıyır, qlükozanın səviyyəsi isə normallaşır. Şəkərli diabet, və ya daxili ifrazat vəzilərinin xəstəliyindən əziyyət çəkən insanlar üçün gündəlik yaşıl çayın içilməsi vacibdir.

Yaşıl çay qəhvədən heç də az gümrahlıq gətirmir, buna baxmayaraq tərkibində kofeinin miqdarı əhəmiyyətli dərəcədə aşağıdır.
 Diqqət!!!

Onuda qeyd edim ki, yaşıl çayı həddən artıq çox qəbul etmək ürək və xroniki böyrək xəstəliyinə gətirə bilər. Bu çayı ac qarına içmək olmaz. Yeməkdən sonra isə xeyirlidir. Xronoik xəstəlikləri olanlar bu çaydan istifadə etməsələr yaxşıdır. Yadda saxlayın ki, bu çaydan ancaq gündüzlər içmək məsləhət görülür. Və nəhayət, ucuz və keyfiyyətsiz yaşıl çaylardan uzaq durun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!