Qulançar çox xeyirlidir

Qulançar çox xeyirlidir
Xalq təbabəti
10.09.2017 58
Digər tərəvəzlərlə müqayisə etdikdə o qədər istifadə olunmayan bu məhsul, tərkibində olan vitamin və minerallara görə bir çoxlarından daha xeyirli sayılır.

Belə ki, qulançar — qida selüllozu, K, A, C, E və B qrup vitaminləri, fol turşusu, selen, mis, marqans, kaliy, kalsiy, dəmir və bir çox digər mineralların, həmçinin asparaqin, karotin və saponinin təbii mənbəyidir. Buna baxmayaraq, qulançar az kalorili məhsul sayılır.

Bu tərəvəz — ən azkalorili məhsullardan olaraq, orqanizmi kalorilərlə deyil, mineral maddə və vitaminlərlə təmin edir. Təbii ki, tərkibini xeyirli məhsullarla bol olmasına görə bir çox ölkələrdə o, müalicəvi məhsul sayılır.

Qulançarın tərkibində olan maddələr, qanı təmizləyir, ciyərə müsbət təsir göstərir və suyu orqanizmdən çıxartmağa kömək edir( təbii sidikqovucu vasitədir). 

Müasir xalq təbabəti qulançarın kökünün məhlulunu güclü ürək döyüntüsündə, xroniki ürək-damar çatışmazlığı, sidik sistemi problemləri zamanı intensiv istifadəsini məsləhət görür. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!