Həm şəfa olur, həm də arıqladır...

Həm şəfa olur, həm də arıqladır...
Xalq təbabəti
10.09.2017 61
Bir çox xəstəliyə qarşı müqavimət təmin edən və bədən müqavimətini artıran zəncəfili çay olaraq istifadə etməniz, arıqlamağa da kömək edər.
Havaların gah isti, gah soyuq keçməsi bədən tarazlığını pozur. İmmunitet sisteminin zəifləməsi xəstəliklərə da dəvətnamə çıxardır. Xəstəliklərlə baş etmənin yolu isə immunitet sisteminin gücləndirilməsindən keçir. Bədən müqavimətini artıran qidaların başında isə zəncəfil gəlir. Hər dərdə dərman olan zəncəfil, xüsusilə zərərli bakteriyalara qarşı tam mənasıyla "qalxan" vəzifəsini yerinə yetirir.
Hər dərdə dərman...
Prof. Dr. İbrahim Saraçoğlunun araşdırmalarına görə də, zəncəfil mədə bulanması, köp, həzm problemləri, mədə-bağırsaq infeksiyalarında təsirli olur. Ayrıca, ağciyəri təmizləyən zəncəfil, tərləməyi artıraraq dərini də gözəlləşdirir. Qan dövranını artırıb xolesterolu salır. Tənəffüs yolu ilə keçən mikroblara qarşı mübarizə aparır.
Təbii aspirin
Xüsusilə, soyuqdəymə və buna bağlı olan öskürək üçün sakitləşdirici təsiri olur. Ayrıca, zəncəfil təbii aspirin olaraq qanı durulaşdırır, beləcə qanın laxtalanmasına maneə olur. Qan laxtalanması nəticəsində yaranan istənməyən narahatlıqlara maneə törətməyə köməkçi olar. Beynə də faydası olan zəncəfil hüceyrələrin funksiyasını artırır.
Arıqladır...
Zəncəfili isti havalarda soyuq içkilərə əlavə edə, qışda da dəmləyib çay olaraq içə bilərsiniz. Beləcə, həm immunitet sistemi güclənmiş olar, həm də zəifləməyə köməkçi olar. Bal ilə dadlandırılan zəncəfil çayı arıqlatmaqla yanaşı, bir çox xəstəliyə də çarə ola bilir. Zəncəfil, kök və almanı blenderda qarışdırın. Bədəninizə güc verəcək bu qarışığı xüsusilə, səhərlər için.
Zəncəfil, bədəndəki iltihabın atılmasında da təsirlidir. Xərçəngdən qoruyur. Zəncəfilin bir başqa xüsusiyyəti də maddələr mübadiləsini sürətləndirməsidir. Bu da arıqlamaq istəyənlər üçün zəncəfili əhəmiyyətli hala gətirir. Zəifləmə müalicəsində qan şəkərini tarazlıqda tutduğu üçün tox tutar. Maddələr mübadiləsinin yavaşlamasına maneə olar, kilo verilməsini təmin edər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!