Üzüm şirəsinin bilinməyən faydaları

Üzüm şirəsinin bilinməyən faydaları
Xalq təbabəti
10.09.2017 26
Bitki südü hesab edilən üzüm şirəsi qan yaradıcı və antioksidant
xüsusiyyətləri ilə yanaşı orqanizmin ürək və damar xəstəliklərindən
qorunmasına da yardımçı olur. Ekspertlər üzüm və üzüm şirəsinin qan
yaradıcı və antioksidant xassələri ilə yanaşı, vitamin və mineral
baxımından olduqca zəngin olduğunu da qeyd edirlər. Təsadüfi deyil ki,
üzüm şirəsinin ürək xəstəliklərinə qarşı qalxan təsiri yaratdığı
söylənilir. Qadınlar.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, A,
B və C vitaminləri, kalium və dəmir baxımından olduqca zəngin olan üzüm
şirəsi bədənin xəstəliklərə qarşı müqavimətini artırır.
Bu xüsusiyyətləri ilə yanaşı qana oksigen daşıyan hemoqlobin
hüceyrələrinin yaranması prosesində lazım olan dəmir və kalium
zənginliyinə malik olan üzüm şirəsi ürək sağlamlığını qoruyub saxlayır.
Üzüm şirəsi qan durulaşdırıcı xüsusiyyəti ilə də iflic riskini azaltdır.
Üzüm şirəsinin faydalarından biri də tərkibindəki təbii şəkərin tez həzm
olunaraq orqanizmə enerji verməsidir. Tərkibində olan maddələr
sayəsində üzüm qanı sulandırır, yüksək təzyiqə, ürək xəstəliklərinə,
varikoz genişlənmələrə qədər bir çox xəstəliyə qarşı qorumanı təmin
edir. Xüsusilə qan laxtalanması və damar xəstəlikləri ilə bağlı sıxıntı
yaşayan xəstələrə gündə ən azı bir stəkan üzüm şirəsi içmək təklif
edilir.
Üzüm şirəsinin digər faydaları
Fiziki və zehni yorğunluqları aradan qaldırır.
Antioksidant xüsusiyyətli olduğu üçün dərinin qocalmasını ləngidir.
Qan yaradıcı xüsusiyyətləri ilə yanaşı revmatizm və damar ağrılarına yaxşı gələn üzüm suyu həmçinin qəlb sistemini tənzimləyir.
Bədənin bir çox xəstəliyə qarşı daha müqavimətli olmasını təmin edən üzüm suyunun yaddaşı da gücləndirdiyi bildirilib.
Bundan başqa, ehtiva etdiyi pəhriz lifləri sayəsində bağırsaqları
yumşaldıcı və sidikqovucu  xüsusiyyəti ilə orqanizmi toksinlərdən
təmizləyir.
Payız, qış aylarında orqanizmin daha çox ehtiyac duyduğu enerjini sadə
şəkərləri şəkərləri sayəsində vucudda asanlıqla mənimsənən üzüm
şirəsindən ala bilərsiniz.
Ürək xəstəlikləri, dəri və saç üçün faydalıdır. Qara üzüm, eləcə qırmızı
şərab kimi qanın laxtalanmasını azaldaraq qan dövranının sürətini təmin
edir.
Üzüm suyu təzə sıxılıb içməlidir. Üzüm şirəsini təzə sıxılmış portağal şirəsi, alma, kivi ilə də qarışdıraraq içə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!