Rənglərinə görə meyvə və tərəvəzlərin faydaları

Rənglərinə görə meyvə və tərəvəzlərin faydaları
Xalq təbabəti
10.09.2017 5
Göyərti və meyvələrə rəng verən maddələr sağlamlığa da təsir edir. Meyvələrin tərkibindəki formsante, beta karoten, lutein, alisin kimi maddələr onlara rəng vermək xüsusiyyətinə malikdirlər.



Bu maddələrin sağlamlığınıza faydalarını bilsəniz,  üstünlük verməli olduğunuz meyvələri də asanlıqla seçəcəksiniz.



Qırmızı meyvələr

Bu meyvələrə likopen adlı maddə rəng verir. Likopen xərçəngə qarşı güclü vasitədir. Pomidor, qarpız, nar, çiyələk, qırmızı bibər likopen mənbəyidir. 1 orta boy pomidor, 1 dilim qqarpız, 1 orta boy nar və 15 ədəd çiyələklə bu ehtiyacınızı ödəyə bilərsiniz.



Alma, albalı və turp kimi meyvə-tərəvəzlər damar sərtləşmələrini önləməkdə təsirlidirlər. Çiyələk və nar isə qidalardakı kanserogen maddələri təsirsiz vəziyyətə gətirir.



Sarı və narıncı meyvələr

Bu meyvələrə rəng verən maddə beta karoten adlanır.



Bu maddə orqanizm üçün çox vacib olan A vitamininə çevrilir. Araşdırmalar xərçəng, damar sərtliyi və katarakta kimi xəstəliklərin qarşısının alınmasında beta karotenin çox faydalı olduğunu sübut edib.



Güclü antioksidant olduğu üçün hüceyrələri erkən yaşlanmadan qoruyur. Xolesterolun səviyyəsini aşağı salmaq üçün də sarı və narıncı rəngli meyvə və tərəvəzlər ideal qidalara sırasındadırlar.



Qayısı, qovun, kök, manqo, balqabaq, limon, portağal, armud, mandarin kimi meyvələr yeyərək beta karotinin möcüzəvi gücündən faydalana bilərsiniz.



Yaşıl meyvə və tərəvəzlər

Bunların tərkibində lutein maddəsi olur. Bu maddə əslində sarı rəngli olsa da, xlorofil maddəsi ilə birləşərək göyərtiyə yaşıl rəng verir. Güclü bir antioksidant olan lutein hüceyrələri qoruyur, katarakta kimi müxtəlif göz xəstəliklərinə qarşı mübarizə aparır.



Qaraciyər üçün də faydalı olan bu maddə əsasən boranı, kivi, xiyar, ispanaq, paxla, brokoli və kələmdə bol miqdarda olur.



Yaşıl rəngli meyvə və tərəvəzlər xərçəng və infarkt riskini azaldır.



Bu qidalar doğum əsnasında meydana gələ biləcək qüsurlara maneə törədir. Yaşıl rəngli meyvə və tərəvəzlərin bir digər faydası isə qırmızı qan hüceyrələrinin, dişlərin və sümüklərin güclənməsinə müsbət təsir göstərmələri və immunitet sistemini qüvvətləndirmələridir.



Bənövşəyi rəngli meyvə və tərəvəzlər

Antosianin maddəsi meyvə və tərəvəzlərə bənövşəyi rəng verir.



Bu maddə hüceyrənin yaşlanmasının qarşısını alır. Sağlam toxumaları və hüceyrələri qoruduğu üçün xərçəng və ürək xəstəliklərindən qoruyur.



Badımcan, böyürtkən, üzüm, çuğundur və qırmızı turpun tərkibində bol miqdarda antosianin var.



Ümumiyyətlə tünd rəngli meyvələr xərçəng riskini azaltmaqda faydalıdırlar. Bənövşəyi və qara rəngli meyvə-tərəvəzlər yaşlanmağı gecikdirici xüsusiyyətə malikdirlər. Həmçinin yaşlılıqla müşahidə olunan yaddaş problemlərinin də qarşısını alırlar.



Bu meyvələrin ən faydalısı qara üzümdür. Qabıq və çəyirdəyi ilə birlikdə yeyildikdə hüceyrələrin yenilənməsini təmin edir. Odur ki, bu meyvə bir çox xərçəng xəstələrinin gündəlik qida rasionuna daxil edilir.



Ağ rəngli meyvə tərəvəzlər

Bu meyvə-tərəvəzlərdə alisin maddəsi bol iqdarda olur. Sarımsaqda isə daha çoxdur. Sarımsağa qoxusunu verən də bu maddədir. Soğanın da tərkibində bol miqdarda olan alisin infeksiyalara öldürücü təsir göstərir. İmmunitet sistemini gücləndirməyə qadir olan ağ rəngli qidalar  əsasən turp, sarımsaq, göbələk, soğan və kərəvizdir.



Meyvələrdən isə ağ tut bir çox xəstəliklərə qarşı orqanizmi qorumağa kömək edir.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!