Balqabaq haqqda nəlləri bilmirik?

Balqabaq haqqda nəlləri bilmirik?
Xalq təbabəti
10.09.2017 45
Bəzi insanlar balqabağı qış aylarının ən yaxşı qidalarından hesab edirdilər. Amma bir çoxlarının onun faydaları barədə məlumatı azdır. Balqabağın tərkibindəki maddələri saymaqla bitməz. Onun tərkibində nişasta, şəkər, yağ, sink, maqnezium, beta karoten, A, B və C vitaminləri, amin turşuları və alkoloid var.
Balqabağ bədənin hər hansı bir yerində yaranan iltihabın qarşısının alınmasına kömək edir.
Tərkibində lif yüksək olduğu üçün uzun müddət toxluq hissi yaradır. Bu da arıqlamaq istəyən insanlar üçün ən yaxşı qidadır.
Həzm və qəbzliyin qarşısını almağa ciddi kömək edir.
Balqabağın nüvəsində olan A və E vitaminləri göz sağlığımızı qoruyur.
Balqabağda olan beta karoten sayəsində ürək xəstəliklərinin qarşısının alınmasına kömək edir.
Antioksidan xüsusiyyəti sayəsində xərçəngə qarşı bədənin müqavimətli olmasını təmin edər. Bədəni mikroblardan qoruyar, immuniteti güclənməsində olduqca təsirlidir. Balqabaq dəmir, kalium, kalsium, fosfor kimi əhəmiyyətli minarəli də tərkibində saxlayar. Bu sayədə sağlam sümük inkişafı və qansızlığa qarşı da əhəmiyyətli rol oynayır.
Tərkibində olan A vitamini sayəsində dəri və hüceyrə quruluşunun yenilənməsində təsirlidir. Balqabağın tərkibində olan sink sayəsində saçların güclənməsini və tökülməsinin qarşısını alır.
Balqabağın toxumundan əldə edilən maddənin tərkibində prostat sağlamlığı üçün lazımlı minerallar var.
Bişmiş balqabağı püre halına gətirib içinə bir az bal və bir az süd əlavə edib 15 dəqiqə üzünüzdə saxlayın. O dərinin yenilənməsinə və nəmlənməsinə kömək edəcək.
Balqabağı körpələr üçün hazırlanan meyvə və tərəvəz pürelərinin tərkibinə də əlavə etmək olar. Bu körpənizin bəslənməsində böyük rol oynayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!