Bu qidalar antibiotik təsirə malikdir

Bu qidalar antibiotik təsirə malikdir
Xalq təbabəti
10.09.2017 55
Sarımsağın tərkibində "allicin" maddəsi xəstəliklərə qarşı təsirlidir.
Antibiotik təsirə malik bu qida, yaraların infeksiyalaşmasına maneə
törədərək, mikrob nəticəsində yaranan qan zəhərlənməsini önləməyə kömək
edir. Daha çox bu üsuldan Böyük Vətən müharibələrində yaralanan
əsgərlərə yardım məqsədi ilə istifadə edilib.
Sarımsaq kimi soğan da böcək və heyvan dişləmələrində dezinfeksiyaedici olaraq işlədilir.
Antibiotik
təsirə malik zəncəfil 200 ildən çox alternativ tibb sahəsində şəfalı
hesab olunan əsas maddələrdən biri kimi tanınır. Həmçinin
antiimflamatuvar və antibakterial xüsusiyyətləri var. Ürək sağlamlığı,
qan dövranı, şəkər tarazlığı kimi sağlamlıq problemlərinə təsirlidir.
Ağrı kəsici kimi istifadə edilə bilər.
Faydalı ədviyatlardan olan zərdəçal isə bədəni bakteriyalardan qorumağa kömək edir. Dəri
xəstəlikləri ilə birlikdə yüngül kəsikləri yaxşılaşdırmağa xeyirlidir.
Bəzi məlumatlarda bildirilir ki, bu ədviyyat qaraciyər, ürək və həzm sistemi üçün şəfalı təsirə malikdir.
Sağlamlıq
üçün böyük əhəmiyyətə malik olan bal, antiviral, antiseptik,
antienflamatik və antibakterial xüsusiyyət ilə bakteriyaların
böyüməsinin qarşısını almağa təsirlidir.
Yaşıl çayda orqanizm
üçün faydalıdır. Northwestern Universiteti'nin araşdırmaçıları yaşıl
çayın tərkibində olan bəzi birləşmələrin bədənə zərər verməyən
antibiotik xüsusiyyətini üzə çıxarıbar. Bu çay, immunitet sisteminə,
infeksiyalara və bədənin müdafiə sisteminə təsirlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!