Dörd yarpaqlı yonca

Dörd yarpaqlı yonca
Xalq təbabəti
10.09.2017 48
Dörd yarpaqlı yonca bir çox mənbələrdə uğur simvolu olaraq qəbul edilir. Xristianlıqda Həvvanın cənnət bağında əlində dörd yarpaqlı yonca ilə gəzişdiyinə inanılır. Dörd yarpaqlı yonca ilə bağlı bir sıra miflər mövcuddur.
Bir inanışa görə, Druid adı verilən bir toplum Günəşə sitayiş edər və ildə bir neçə dəfə meşdə yığışaraq öz rituallarını həyata keçirərdilər. Bu zaman onlar aralarında baş verən anlaşılmazlıqları həll etməyə çalışar, gələcəkdə baş verə biləcək pis hadisələrin qarşısını almaq üçün insan qurban edərdilər.
Qurban seçərkən daha çox günahkar insanlara üstünlük versələr də, bəzən günahsızların da qurban edilməsii halları olurdu.  Druidlərin inanışına görə qurban edilən şəxs bu yolla günahlarından təmizlənir və günahsız körpə olaraq yenidən dünyaya gəlir.
Druidlər həmçinin, dörd yarpaqlı yoncaya xüsusi önəm verər onun ailə içndə firavalıq yaratdığına inanardılar. Dörd yarpaqlı yonca sahibinə pis əxlaqlı insanları, şeytanı görmə istedadı bəxş edər və bu tip varlıqlardan özünü qorumağa kömək edərmiş. Qurbanetmə ritualından öncə yoncanın bu gücündən istifadə edərlərmiş. Dördyarpaqlı yoncanı tapan şəxs qurban edilməzmiş. Təbiətdə çox az tapılan dörd yarpaqlı yonca sahibinə şans gətirdiyinə inanış da burdan qaynaqlanmışdır.
Hazırda uğurun, şansın simvolu olaraq qəbul edilən dörd yarpaqlı yonca ilə bağlı inanışların kökündə onun pisliklərdən qoruyan sehrli gücü dayanır.
Şans gətirəcəyinə inanılan dörd yarpaqlı yoncanın hər yarpağı bir şeyi simvolizə edir: birinci yarpaq ümidi; ikinci yarpaq imanı; üçüncü yarpaq sevgini; dördüncü yarpaq isə şansı.
Bu, sadəcə, bir əfsanə olsa da, insanlar hələ də çətin tapılan dörd yarpaqlı yoncanın axtarışındadırlar.
Tapanlar tapıb ama... ;)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!