Nanə haqqında bilmədiklərimiz

Nanə haqqında bilmədiklərimiz
Xalq təbabəti
10.09.2017 55
Nanə- gözəl ətiri və təravətləndirici dadı olan bir bitkidir. Gündəlik həyatımızda çox istifadə etdiyimiz bu bitki sağlamlığımız üçün çox faydalıdır. Tərkibində dəmir, kalsium, A, B1, B2, B3, C vitamini, karbohidrat və protein vardır.  Nanə il boyu bitən bir bitkidir. Onun yarpaqlarından həm təzə və həm də quru şəkildə istifadə olunur. Yarpaqlarından dəmlənilən çay çox xeyirlidir.
Faydaları:
● Sinirləri sakitləşdirir, vücuda rahatlıq verir.
● Baş ağrısını aradan qaldırır.
● Urək döyüntülərini azaldır.
● Bağırsaq qurdlarını məhv etməyə kömək edir.
● Urəkbulanmanın qarşısını alır.
● Həzm sisteminin işinə kömək edir.
● Ağızdan gələn qoxunu yox edir.
● Qrip, astma xəstəliyində və öskürək zamanı sağalmaya kömək edir. Bəlğəmgətiricidir. Nanəni kəklikotu ilə dəmləyib içinə limon doğrayıb içmək məsləhətdir.
● Qızdırmanı salır.
● Sümük ağrılarını azaldır.
● Soyuqdəyməni aradan qaldırır.
● Qaynadıb buxarını qoxuladıqda tənəffüs yollarını açır.
● Köpmənin qarşısını alır.
● Bağırsaqdakı qazları çıxarır.
● Bogaz qurumasını aparır.
● Ana südünü artırır.
● Ağrıkəsicidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!