Sizi 8 təhlükədən xilas edəcək möcüzəvi meyvə

Sizi 8 təhlükədən xilas edəcək möcüzəvi meyvə
Xalq təbabəti
10.09.2017 74
Bir çoxumuz cır mərsin meyvəsinin varlığından belə xəbərsizik. Ancaq mütəxəssislər onun bir çox dərdin dərmanı olduğunu deyirlər.
Cır mərsin meyvəsi insan sağlamlığına müsbət təsir edən ən şəfalı qidalardan hesab olunur. Yüksək miqdarda antioksidant ehtiva edən cır mərsin lif baxımından da çox zəngindir. Bu meyvəni həm çiy şəkildə yeyə bilər, həm də şirəsindən, siropundan, cem və ya mürəbbəsindən istifadə edə bilərsiniz.
Unutmayın ki, cır mərsin sayəsində 8 təhlükədən xilas olacaqsınız.
Mərsinin faydaları haqda məlumatı təqdim edirik:
1.Qan şəkərini nizamlayır
Şəkər xəstələrində nizamsız şəkildə qan şəkəri ifraz olunur. Əlbəttə, bu problemdən xüsusi pəhriz sayəsində də xilas olmaq olar. Ancaq araşdırmalar göstərib ki, davamlı olaraq cır mərsin yedikdə də qan şəkərini tənzimləmək mümkündür.
2.Sidik yollarını təmizləyir
Sidik yolu infeksiyasına bir növ bakteriya səbəb olur. "E.coli” adlı bu bakteriya sidik yoluna yapışır və sidiklə atılmır. Cır mərsin isə təbii antibiotik xüsusiyyəti ilə sidik yolunu bu bakteriyadan təmizləyir.
3.Görmə qabiliyyətini yaxşılaşdırır
Cır mərsin yüksək miqdarda "antosiyanin” maddəsi ehtiva edir. Bu maddə görmə qabiliyyətinin pisləşməsinin qarşısını alır, göz quruluğu və hətta göz infeksiyalarına qarşı qoruyucu funksiya daşıyır.
4.Beynin sağlamlığını qoruyur
A, B, C vitaminləri, antosiyaninler, selen, maqnezium, fosfor, mis, sink kimi əhəmiyyətli vitamin və minerallarla zəngin olan cır mərsin beyin hüceyrələrini və sinir sistemini qoruyur. Həmçinin yaddaşı gücləndirir. Xüsusilə də alzaymer xəstəliyinə qarşı çox faydalıdır. Tədiqqatlara görə, cır mersin yeyən uşaqların öyrənmə qabiliyyəti artır.
5.Ürək xəstəliklərindən qoruyur
Lif və antioksidantlarla zəngin olan cır mərsin xolesterol səviyəsini aşağı salır. Ürək sağlamlığı üçün çox faydalı bir qida hesab olunur.
6.Həzmi yaxşılaşdırır
Tərkibi liflə zəngin olduğu üçün həzm sistemininin fəaliyyətini yaxşılaşdırır. Qəbizlikdən əziyyət çəkənlər bu möcüzəvi meyvədən faydalana bilərlər. Cır mərsinin tərkibindəki mis və fruktoza həzmi sürətləndirməyə qadirdir.
7.Xərçəngdən qoruyur
"Pterostilben”, "ellagic” turşuları ilə zəngin olan cır mersin xərçəngə qarşı qoruyucu funksiya daşıyır. Xüsusilə də C vitamin anbarı olması rəhm və qaraciyər xərçənginə qarşı onu ən təsirli qidaya çevirir.
8.Depressiyadan xilas edir
Cır mərsin təbii antidepresantdır. Enerji verir, maddələr mübadiləsini sürətləndirir, sakitləşdirir. Depressiyadan çıxmaq və həmişə şən əhvalda olmaq üçün mütləq qida rasionunuza bu meyvəni daxil edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!