Bu tərəvəzin faydasını hamı bilmir

Bu tərəvəzin faydasını hamı bilmir
Xalq təbabəti
10.09.2017 17
Badımcan ən faydalı tərəvəzdir. Lakin onun faydaları haqqında çox insan
məlumatsızdır. Ürək və sinirlər üçün ən faydalı tərəvəzlərdən olan
badımcanı həm soyutma, həm kabab, həm də qızartma etmək olar. Bu
tərəvəzdən vitamin mənbəyi olan salatlar hazırlamaqla da yararlanmaq
mümkündür.

Badımcan əslində yay tərəvəzi olsa da, hazırda onu istənilən fəsildə tapmaq olar.



badımcanın çoxlarının xəbərsiz olduğu faydalarını təqdim edir.



Nə üçün badımcan yeməliyik?



Badımcan həzm sistemini asanlaşdırır.

Yüksək lif tərkibi sayəsində qəbizliyin qarşısını alır.

Bağırsaqları yumşaldır.

A, B1, B2, C vitaminləri ilə zəngindir. Tərkibi kalsium, kalium və dəmir mineralları ilə boldur.

Xolestrolun səviyyəsini tənzimləyir.

Qan təzyiqini normallaşdırır.

Ürək xəstəliklərinin qarşısını almağa kömək edir.

Arıqlamağa kömək edir.

Ayaqlarda və bud nahiyələrində sellilüt yaranmasının qarşısını alır.

Uzun müddət tox saxlayır.

Revmatizm xəstəliklərinə faydalıdır.

Dişləri gücləndirir.

İmmuniteti gücləndirir.

Tərkibində yüksək miqdarda su olduğu üçün dərinin nəmliyini qoruyur. Quru dəri və saç üçün faydalıdır.

Xərçəng riskini azaldır.

Beyinin fəaliyyətinə müsbət təsir edir.

Şəkər xəstəlikləri üçün olduqca faydalı tərəvəzdir.

Güclü bir antioksidantdır.



Amma bu, faydalı tərəvəzdən hamının istifadə edə biləcəyi mənasına
gəlmir. Belə ki, bəzi xəstəlikləri olanlar həkim məsləhəti ilə badımcan
yeməsələr, daha yaxşı olar.

Xüsusilə böyrəklə bağlı problemi olanlar. Onda böyrək və ya öd
kisəsindən problemi olanların sağlamlığna ziyan ola biləcək turşular
var.



Badımcan pəhriz saxlayanlar üçün ideal vasitədir. 100 q təzə badımcan
cəmi 24 kaloridir. Bununla yanaşı 1,1 q protein, 5,5 q karbohidrat, 0
xolesterol, 2 q yağ, 1 q lif, 37 mq fosfor, 15 mq kalsium; 1 mq dəmir, 1
mq natrium, 15 mq kalium, 0,05 mq B1 vitamini, 0,04 mq B2 vitamini,
0,05 mq B3 vitamini, 0,081 mq B6 vitamini və 5 mq C vitamini var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!