Şüyüdün müalicəvi xüsusiyyətləri

Şüyüdün müalicəvi xüsusiyyətləri
Xalq təbabəti
10.09.2017 69
Adi şüyüd və onun toxumları çox təsirli müalicəvi xüsusiyyətlərə
malikdir. Məhz bu səbəbdən şüyüd və onun toxumları əczaşılıqda müxtəlif
dərman preparataların tərkibində istifadə olunur.



Şüyüd xüsusilə mədə-bağırsaq sistemi üçün faydalıdır - iştahanı artırı,
köplə mübarizə aparır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır,
bağırsaqlara yüngül işlədici təsir edir.



Körpə uşaqlarda şüyüd suyu təsirli köpəleyhinə vasitə kimi istifadə
olunur. Körpələrin əksəriyyəti həyatının təxminən 3-4-cü ayına kimi
köpdən əziyyət çəkir. Hal hazırda bu problemi həll etmək üçün müxtəlif
preparatlar satılır. Lakin ev şəraitində şüyüddən çox yaxşı tədii
köpəleyhinə dərman hazırlamaq olar. Bunun üçün 1/2 çay qaşığı şüyüd
toxumu 1/2 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, yaxşı
süzülür və gün ərzində 3-4 dəfə 1/2-1 çay qaşığı miqdarında uşağa
verilir. Dəmləməni hər gün hazırlamaq lazımdır. Anaların əksəriyyəti bu
vasitəni istifadə etdikdən sonra uşağın daha sakit və rahat olmasını,
daha yaxşı yatmasını görür.



Şüyüd toxumu dəmləməsi tək uşaqlarda deyil, həm də böyüklərdə təsirli köpəleyhinə vasitə kimi istifadə oluna bilər.



Şüyüd antioksidant maddələrlə zəngindir, orqanizmi ziyanlı maddələrdən təmizləyir, "pis" xolesterinlə mübarizə aparır.



Şüyüd spazmolitik xüsusiyyətlərinə malikdir. Bağırsaq, mədə spazmı
zamanı, spazmla bağlı olan baş ağrıları zamanı şüyüd toxumu dəmləməsi
çox tez və yaxşı kömək edir.



Şüyüd toxumu həmçinin bəlğəmgətirici və iltihabəleyhinə xüsusiyyətlərə
malikdir. Öskürək, bronxit zamanı 1 xörək qaşığı şüyüd toxumu 1 stəkan
qaynar suda 1/2 saat ərzində dəmləyin (termosda dəmləmək daha yaxşıdır),
yaxşı süzün və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla için. Qəbuldan
əvvəl dəmləməyə 1/2 çay qaşığı bal əlavə edin.



Şüyüd toxumu dəmləməsi insanın sinir sisteminə də çox müsbət təsir edir -
sakitləşdirir, yuxusuzluqla mübarizədə kömək edir, baş ağrıları
azaldır.



Şüyüd həmçinin ödqovucu təsirinə malikdir, qara ciyərin fəaliyyətinə müsbət təsir edir.



Şüyüd toxumu dəmləməsi müxtəlif böyrək, sidik kisəsi, sidik yolları
iltihabları zamanı çox yaxşı müalicəvi təsir edir. Bu dəmləmə xüsusilə
sistit (sidik kisəsi iltihabı) zamanı tez-tez istifadə olunur. Şüyüd
toxumu dəmləməsi sidikqovucu təsir edir, iltihabı azaldır. Təbii ki,
vasitə əsas müalicə ilə yanaşı istifadə olunmalıdır.



Belə hesab olunur ki, şüyüd toxumu dəmləməsi analarda laktasiyanı (südün
ifrazı) artırır. Bu səbəbdən şüyüd toxumunu analar üçün olan xüsusi
südartıran çaylara daxil edirlər.



Sidikqovucu təsirinə malik olan şüyüd toxumu dəmləməsi həmçinin arterial
təzyiqinin normallaşmasına kömək edir. Arterial hipertenziyadan (yüksək
təzyiq) əziyyət çəkən insanlar bu dəmləməni əsas müalicə ilə yanaşı
köməkçi müalicəvi vasitə kimi istifadə edə bilərlər.



Hamilə qadınlarda şüyüd toxumu dəmləməsi toksikoz zamanı istifadə olunur
(ürəkbulanmasını azaldır). Həmçinin bu dəmləmə hamilə qadınları tez-tez
narahat edən ödemlərin (şişkinlik) azalmasına kömək edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!