Şabalıd - damarların dərmanı

Şabalıd - damarların dərmanı
Xalq təbabəti
10.09.2017 64
Digər çərəzlərlə müqayisədə şabalıd azkalorilidir. Bəzi çərəzlərin 100
qr-da 400, hətta 500 kkal olur, 100 qr şabalıdda isə 180 kkal var.



Məhz bu səbəbdən artıq çəkisi olan insanlara çərəzlərin arasında məhz
şabalıd seçməlidir. Şabalıdın digər faydalı xüsusiyyəti ondan ibarətdir
ki, şabalıd insanda çox tez toxluq hissi yaradır və insanı uzun müddət
ərzində tox saxlayır.



Şabalıdın tərkibində zülallar, karbohidratlar, A, C, K, B qrupu
vitaminləri, kalium, maqnezium, sink, fosfor, mis kimi mikroelementlər
var.



Şabalıd varikoz xəstəliyi olan insanlara çox böyük kömək edir. Şabalıd
damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir. Adətən
bu xüsusiyyət daha çox cır şabalıda aid edilir. Məhz bu səbəbdən cır
şabalıdın əsasında varikoz xəstəliyi zamanı istifadə olunan və çox yaxşı
müalicəvi effekt verən müxtəlif kremlər, qellər, həblər buraxılır.
Şabalıdın qabıqları, yarpaqları, toxumları, şabalıd ağacının qabığı
müalicəvi məqsədi ilə istifadə olunur.



Lakin adi yeməli şabalıd da damarların vəziyyətinə çox müsbət təsir
edir. Bu səbəbdən varikoz xəstəliyi olan insanlar şabalıdı öz
qidalanmasına daim daxil etməlidir.



Şabalıd qanı duruldur və bu səbəbdən tromblaşmanın qarşısını alır.



Varikoz xəstəliyi zamanı şabalıd qabıqlarının dəmləmləsi ilə (cır
şabalıd daha təsirlidir, lakin yeməli şabalıd da istifadə oluna bilər)
ayaqlara islatmalar etmək və ya bu dəmləməni sadəcə ayaqlara çəkmək
olar.



Həmçinin belə dəmləməni damaqlar xəstəlikləri zamanı da istifadə etmək
olar. Dəmləmə damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır.



Şabalıd kalium elementi ilə zəngindir. Kalium isə ürəyimiz üçün çox
vacibdir. Ürək əzələsini tonuslaşdırır, orqanizmi artıq mayedən və
duzlardan azad edir, ödemləri azaldır. Müxtəlif ürək-damar xəstəlikləri
və pozulmaları zamanı şabalıd çox xeyirlidir.



B qrupu vitaminlərlə zəngin olan şabalıd insanın sinir sisteminə də çox müsbət təsir edir.



Şabalıd bağırsaqlar üçün də çox xeyirlidir - onların fəaliyyətini yaxşılaşdırır. Şabalıd qara ciyərə də çox yaxşı təsir edir.



Şabalıd orqanizmdə gedən mübadilə proseslərini yaxşılaşdırır.



Şabalıdı çiy vəziyyətdə yemək tövsiyə edilmir. Ən yaxşı variant şabalıdı qazartmaqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!