Ağ turpun faydası

Ağ turpun faydası
Xalq təbabəti
10.09.2017 14
Bu tərəvəz nadir xüsusiyyətlərinə malikdir. Fitonsidlərlə zəngin olan ağ
turp immuniteti möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı
davamlılığını artırır.



Bu səbəbdən qış aylarında ağ turpu öz qidalanmanıza daha tez-tez daxil
edin. Turpdan çox sadə və eyni zamanda dadlı və faydalı salatlar
düzəltmək olar.



Bunun üçün sürtgəcdən keçirilmiş turp, kök və xırda doğranmış cəfəri
qarışdırılır. Salata duz və istiot (zövqə görə) vurulur və yaxşı
qarışdırılır. Daha sonra zeytun yağı əlavə olunur və salat yenə də yaxşı
qarışdırılır. Fantaziyanıza görə digər ingrediyentlərdən də istifadə
edə bilərsiniz (xiyar, kələm, göbələk, alma və s.), həmçinin salata xama
da əlavə etmək olar.



Ağ turp həmçinin müxtəlif vitaminlər (B qrupu, C, E, PP),
mikroelementlər (kalium, kalsium, maqnezium, fosfor, kükürd, yod və s.),
aminturşular, fermentlər və s. faydalı maddələrlə zəngindir.



Öskürək və bronxit xəstəlyi zamanı ağ turpun şirəsi çox yaxşı müalicəvi
effekt verir. Axşamdan turpun içini oyun və oyuğa bal tökün. Səhər isə
alınmış şirəni qəbul edin. Bu şirə çox effektli bəlğəmgətirici və
iltihabəleyhinə təsir edir. Əgər sizdə bala allergiya varsa, şəkər
tozundan istifadə edin.



Ağ turp həzm proseslərini sürətləndirir, iştahanı artırır, qəbizliklə
mübarizə edir. Lakin mədə-bağırsaq sistemi ciddi pozulmaları zamanı
(xüsusilə kəskinləşmə dövründə) turpu qəbul etmək tövsiyə edilmir. Turp
həmçinin köpə səbəb ola bilər. Bu səbəbdən köpə meyilli olan insanlar bu
tərəvəzdən süi-istifadə etməməlidir.



Turp ödqovucu və sidikqovucu təsirlərinə malikdir.



Turp mübadilə prosesləri yaxşılaşdırır, qalxanvari vəzinin fəaliyyətinə müsbət təsir edir.



Ağ turp həmçinin kosmetologiyada da istifadə oluna bilər. Ağ turpun
əsasında olan maskalar üz dərisini ağardır, çillər və piqment ləkələri
ilə mübarizə edir, dərini cavanlaşdırır, daha elastik edir. Belə
maskaların bir variantı: ağ turpun bir tikəsi sürtgəcin kiçik gözündən
keçirilir, üzərinə 1 xörək qaşığı xama əlavə olunur, qarışdırırlır və
təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı ilıq su ilə yumaq
lazımdır. (İstifadə etdikdən əvvəl maskanı üz dərisinin kiçik hissəsinə
çəkin - qızarma, qaşınma və s. olmazsa, istifadə edə bilərsiniz.)



Saçların tökülməsi ilə mübarizədə ağ turpun şirəsindən istifadə etmək
olar. Ağ turpun şirəsi saç follikullarını möhkəmləndirir, saçların
uzanmasını stimullaşdırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!