Kahının inanılmaz faydaları

Kahının inanılmaz faydaları
Xalq təbabəti
10.09.2017 29
Kahı göyərti deyil, yarpaq tərəvəzi sayılır. Kahının müxtəlif növləri
var - açıq yaşıl tünd qırmızı rənginə kimi. Kahının bütün növləri
olduqca faydalıdır.



Kahı bir çox faydalı vitamin və mikroelementlərlə zəngindir. Kahıda A, B
qrupu, E, PP,C karotin kimi vitaminlər, kalsium, maqnezium, kalium,
fosfor və s. faydalı mikroelementlər var.



Yaz aylarında insan orqanizmi avitaminozdan əziyyət çəkir. Bu vəziyyətdə
kahı kimi zəngin vitamin-mineral mənbəyi bizə çox yaxşı kömək edə
bilər.



Kahının tərkibində çox az məhsullarda rast gəlinən fol turşusu da var.
Fol turşusu qanyaratma, sinir sistemi üçün çox vacibdir. Hamilə qadınlar
üçün bu vitamin ən əsas rollardan birini oynayır. Sübut olunub ki, fol
turşusu dölün sinir sistemində qusurların inkişafının qarşısını alır.
Məhz bu səbəbdən qadınlara hələ hamiləliyin planlaşdırılması
mərhələsində və sonra hamiləliyin ilk günündən sonuna kimi fol turşusu
təyin olunur.



Əmizdirən analar da kahını öz qidalanmasına daim daxil etməlidir. Belə hesab olunur ki, kahı südün ifrazını artırır.



Kahı təbii liflərlə zəngindir və bu səbəbdən bağırsaqların fəaliyyətinə
çox müsbət təsir edir, həzm proseləri yaxşılaşdırır, qəbizliklə
mübarizədə kömək edir, orqanizmdən duzları, şlakları, toksinləri, artıq
xolesterini və digər ziyanlı maddələri çıxardır.



Kahı mübadilə prosesləri yaxşılaşdırır.



Kahı həmçinin qanın laxtalanmasını yaxşılaşdırır, anemiya zamanı yaxşı kömək edir.



Kahı qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edir və bu
səbəbdən şəkərli diabet xəstəliyi olan insanlar üçün faydalıdır.



Kahı insanın sinir sisteminə də müsbət təsir edir, yuxunu tənzimləyir.



Ağır xəstəlik, əməliyyat keçirmiş insanların qidalanmasında bu faydalı
tərəvəz mütləq olmalıdır. İdmançıların qidalanmasına da bu tərəvəzi daim
daxil edirlər. Kahı orqanizmin daha tez bərpa olunmasına kömək edir.



Öskürək və bronxit zamanı kahı şirəsi çox yaxşı bəlğəmgətirici təsir edir.



E, A, C kimi antioksidant-vitaminlərlə zəngin olan kahı orqanizmdə gedən qocalma prosesləri ləngidir.



Kahı azkalorili məhsuldur və bu səbəbdən artıq çəki ilə mübarizə aparan
insanlar kahını müxtəlif salatlarda, buterbrodlarda istifadə edə
bilərlər.



Kahını bıçaqla doğramaq tövsiyə edilmir, əllə bölmək lazımdır. Kahını
müxtəlif salatlarda istifadə edin. Salatlara mütləq bitki yağı və ya
xama əlavə edin. Bu A vitaminin daha yaxşı mənimsənilməsinə kömək edir.



Vitamin və minerallarla zəngin olan kahə müxtəlif kosmetik maskaların
tərkibində də istifadə olunur. Belə maskalar dərini nəmləndirir, daha
elastik edir, təravətləndirir, cavanlaşdırır. Bu kimi maska hazırlamaq
olar: kahı yarpaqları blenderdə əzilir, 1 xörək qaşığı xama əlavə
olunur, yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən
sonra maskanı ilıq su ilə yuyun.



Ən sadə resept: kahı yarpaqlarını bir qədər əzin və təmiz üz dərisinə qoyub 20 dəqiqə uzanın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!