Alçanın bilmədiyiniz faydaları

Alçanın bilmədiyiniz faydaları
Xalq təbabəti
10.09.2017 17
Alça gözəl dadı və rəngi ilə yay mövsümünə az qaldığını xəbər verir.  alçanın hər kəs tərəfindən çox da bilinməyən bir çox faydası var. Bütün yaşıl rəngli tərəvəz meyvələrdə olduğu kimi alça da C vitamini ilə zəngindir. Gəlin, alçanın faydalarına nəzər salaq.



1. Alça bağ toxumasını gücləndirərək daha möhkəm bədənə sahib olmağınızı təmin edər. Onun tərkibində olan C vitamini bağ toxumalarını bərkidir və gücləndirir. Bol miqdarda alça yesəniz, bədəniniz sağlam və gümrah olar.



2. Alça dəmir çatışmazlığına qarşı çox faydalı bir meyvədir. Bədəndə qan nisbətini artırır və qan azlığına yaxşı təsir edir. Əsasən də anemiyanın müalicəsində möcüzəvi təsirə malikdir.



3. Alça lif baxımından da çox zəngindir. Buna görə də o bağırsaqları da işlədir. Qəbizlik kimi problemləriniz varsa, alça yeməlisiniz. O bu problemi aradan qaldırmağa kömək edir. Alça eyni zamanda sidikqovucudur. Tərkibindəki liflər sayəsində mədə-bağırsaqda köp yaranmasının qarşısını alır.



4. Alçanın möcüzəvi ağrıkəsici və temperaturu salan meyvə olduğu aşkar edilib. Revmatizmə yaxşı təsir edir, halsızlıq və yorğunluq hallarında bol-bol istifadə edilməlidir.



5. Arıqlamaq istəyənlər pəhrizlə yanaşı, alçadan faydalana bilərlər. Alça qan şəkərini tarazlayır. Qan şəkərinin balanslı olması da arıqlamağın davamlı və nizamlı reallaşmasına səbəb olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!