Azərbaycanda yetişən bu bitki 1001 dərdin dərmanıdır

Azərbaycanda yetişən bu bitki 1001 dərdin dərmanıdır
Xalq təbabəti
10.09.2017 138
Tovuzun dağlıq ərazilərində bitən qulançar bitkisi artıq yetişib. Sakinlər kolların arasından çətinliklə yığılan bu bitkini artıq bazarlara da çıxarıblar. Həm dadı, həm də faydası ilə seçilən qulançarın qiyməti isə heç də ucuz deyil.  

Tovuz rayonunun Əlibəyli, Yuxarı Öysüzlü kəndlərinin sakinləri may ayının ortalarına qədər qulançarın həm yığımı, həm də satışı ilə məşğul olurlar. Onlar səhər saatlarından etibarən dağlıq ərazilərə gedir və kolluqlardan qulançar toplayırlar. Sakinlər deyir ki, qulançardan hazırlanan təamlar quzu ətindən də dadlı olur. Elə qiyməti də quzu ətinə bərabərdir.  

Azərbaycanda 9 növü bitən qulançardan həm dərman bitkisi kimi istifadə edilir, həm də müxtəlif xörəklər və salatlar hazırlanır. Bitkiyə Gəncə-Qazax bölgəsində qulançar, Qarabağ və Naxçıvan MR-nın rayonlarında isə mərəçüyüd deyilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!