Xiyarın faydası

Xiyarın faydası
Xalq təbabəti
10.09.2017 62
Xiyar dünyada ən çox yetişdirilən dörd tərəvəzdən biri və sağlamlığımız üçün ən faydalı qidalardan biridir. Xiyarın şəkər xəstəliyinə, xolesterola, xərçəng xəstəliyinə faydası olduğunu bilirdinizmi? Artıq süfrələrinizdən xiyarı əksik etməyin və gün ərzində meyvə kimi yeyin.



Yetərincə su içə bimirsinizsə, soyuq xiyar yeyin. Xiyar itirdiyiniz suyu çox yaxşı əvəz edər.



Xiyar yemək mədə qıcqırmasına çox yaxşı təsir edir. Bədəninizdə günəş yanığı olduğu zaman dərinizə xiyar qoysanız, yanığın təsiri azalar.



Xiyar orqanizmi günlük vitaminlərlə zənginləşdirər. Xiyarın tərkibində olan A, B ə C vitaminləri sizi canlı tutar və sizə enerji verər. Xiyar suyunu ispanaq və ya yerkökü suy ilə qarışdırsanız, daha güclü bir tərəvəz suyu əldə edərsiniz.



Xiyarın tərkibində bol miqdarda kalium, maqnezium və silikon var. Xiyar arıqlamağa da kömək edir.

Xiyarın bu faydalarını bilirdinizmi?



Xiyar gözlərinizi əvvəlki gücünə qovuşdurur. Bir dilim xiyarı şişmiş gözlərinizin üzərinə qoysanız, gözaltı şişkinliyiniz azalar.



Xiyar nəfəsi təravətləndirir. iyar suyu xəstələnmiş diş ətlərini sağaldar. Bir dilim xiyarı yarım dəqiqə dilinizin üzərində saxlasanız ağızda olan qoxuları aradan götürər. Xiyar ağızda pis qoxulara yol açan bakteriyaları öldürür. Onun böyrəklərə də xeyri var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!