Yaşıl çayın yağı da möcüzə imiş

Yaşıl çayın yağı da möcüzə imiş
Xalq təbabəti
10.09.2017 30
Yeni aparılan araşdırmalar göstərib ki, yaşıl çayın yağı da ən az çayı qədər faydalıdır. Ancaq yaşıl çayın yağının faydalarından sağlamlıqdan çox gözəllik sektorunda istifadə edilir.



Yaşıl çayın yağı dərinin nəmlənməsini təmin edir, qırışları azaldır, sızanaqların meydana gəlməsinin qarşısını alır. Antioksidantlarla  zəngin olduğu üçün dərinin yenilənməsini təmin edir.



Dərinin qüsursuz görünməsinə səbəb olur.



Bəs yaşıl çayın yağından necə istifadə etmək olar?



Yaşıl çayın yağı aromaterapiya və masaj üçün istifadə edilən təbii yağlardan  biridir. Eyni zamanda stress səbəbi ilə baş verən xroniki yorğunluq, əzələ ağrıları zamanı da təsirlidir.



Hava çirkliliyi, stress, günəş, istilik dərini yağlandırır və dəri toxumalarını məhv edir.



Yaşıl çayın yağı bu mənfi faktorların dəri üzərindəki təsirlərini yüngülləşdirir



Həddindən artıq yağlı və ya quru dərilərdə nəm nisbətini balanslaşdıraraq dərini yumşaldır. Yaşıl çayın yağı dərinin tipini normallaşdırır, onu ölü dəri hüceyrələrindən təmizləyərək sızanağa səbəb olan bakteriyaları azaldır.



Yaşıl çayın yağı saçlar üçün də faydalıdır.  Saç dərisini yağdan təmizləmək və nəmləndirmək üçün yaşıl çayın yağından istifadə etmək olar. Yağ olmasına baxmayaraq, saçı yağlandırmır, əksinə saç dərisinin yağlılığını azaldır.



Ekzema kimi dəri xəstəlikləri zamanı da yaşıl çayın yağından istifadə etmək tövsiyə edilir.



Bu yağ qaşıntının və dərinin qabıqlamasının qarşısını alır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!