Şaftalının faydaları

Şaftalının faydaları
Xalq təbabəti
10.09.2017 24
Yay meyvələrinin ən sərinləşdirici və şirin olanlarından şaftalının faydaları saymaqla bitmir. Şaftalının mənşəyi Çinə uzanır. Gül familiyasına aid olan bitki Çindən Anadoluya, buradan da Avropaya yayılmışdır. Tüklü, sulu və yumşaq şaftalılar yetkinləşmiş və ləzzətli olur. Tüklü bir meyvə olduğu üçün bəzi insanlarda allergik reaksiyalara yol aça bilir və yemədən əvvəl şaftalını çox yaxşı yumaq lazımdır. Şaftalının tüklərindən narahat olanlar üçün tüksüz növü də var. Şaftalını soymadan yemək faydalıdır, çünki meyvənin ən faydalı hissəsi qabığa yaxın bir seqmentdə yerləşir.

Şaftalının faydaları nələrdir?

Həzmə son dərəcə faydalı, bədəndəki zərərli maddələri və toksinləri atmağa köməkçidir.

Sinir sistemini nizamlar, gərginliyi azaldır.

Şaftalı A, B və C vitaminlərini özündə saxlayan bir vitamin və kalium qaynağıdır.

Böyrək daşı əritmək və böyrək daşı salmağa köməkçidir.

Ürək xəstəliklərinə və ürək böhranına qarşı qoruyucudur.

Şaftalı, cem, marmelad və meyvə suyu olaraq da həm yayda, həm də qışda rahatlıqla yeyilən bir meyvədir.

Şaftalı eyni zamanda sidik yolu təmizləyici və sidik qovucudur.

Şaftalının bilinən ən yaxşı faydalarından biri həzmə yaxşı gəlməsidir. Hemoroid olanlar üçün rahatlaşdırıcı bir meyvədir.

Şaftalı bağırsaq qurdları və bağırsaq soxulcanlarını salmağa də çox təsirlidir.

Şaftalı dəriyə çox yaxşı gəlir. Dərini cavanlaşdırar.

Sulu bir meyvə olması səbəbiylə yayda fərahlıq verər, mineral baxımından zəngindir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!