Yaşıl çayın daha bir möcüzəsi

Yaşıl çayın daha bir möcüzəsi
Xalq təbabəti
10.09.2017 15
Yaşıl çayın daha bir faydası ortaya çıxıb.



ABŞ-ın Pensilvanya Universitetinin alimlərinin apardığı araşdırma zamanı yaşıl çayın ağız bölgəsindəki xərçəng hüceyrələrini yox etdiyi aşkarlanıb. Hətta yaşıl çay hüceyrələrin yenilənməsinə də kömək edir.



Alimlərin fikrincə, bu, yaşıl çayın tərkibindəki "epigallocatechin-3- gallate” (EGCG) maddəsi sayəsində mümkün olur.



Araşdırmanın rəhbəri Coşua Lambert yaşıl çaydan, sadəcə, müalicə zamanı deyil, xərçəngin qarşısını almaq üçün də istifadə edilməli olduğunu vurğulayıb:



"Yaşıl çay hamının asanlıqla əldə edib, istifadə edə biləcəyi bir məhsuldur. Kimyaterapiyanın mənfi təsirini nəzərə alsaq, xərçəngi önləmək üçün hər gün yaşıl çay içmək o qədər də çətin olmamalıdır”.



Qeyd edək ki, daha öncə 2002-ci ildə alimlər xərçəngin müalicəsi zamanı köməkçi vasitə olaraq yaşıl çaydan istifadə edilməli olduğunu açıqlamışdılar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!