Bu meyvə spirtli içkinin əks-təsirini aradan qaldırır

Bu meyvə spirtli içkinin əks-təsirini aradan qaldırır
Xalq təbabəti
10.09.2017 21
Asiya armudu spirtli içkinin əks-təsirini aradan qaldırır. Avstriyada aparılan araşdırmalar bu meyvənin özəlliyini ortaya çıxarıb. "Times” qəzetində yayımlanan  xəbərə görə, içkidən öncə armud yedikdə spirtli içkinin mənfi təsiri 16-21 faizə qədər azalır. Alimlər araşdırmada iştirak edənləri iki qrupa bölüblər. Birinci qrupdakılar öncə 220 ml. armud suyu, daha sonra 540 ml. spirtli içki içiblər. İkinci qrup isə birbaşa spirtli içki içib. 12 saat sonrakı nəticələr armudun fərqini ortaya qoyub. Belə ki, içkidən öncə armud şirəsi içənlərdə baş ağrısı, ürək bulanma, işığa həssaslıq digər qrupla müqayisədə daha az müşahidə edilib.



Araşdırmanı aparan professorlar bu xüsusiyyətin sadəcə, Asiya armudunda olduğunu, digər armud növləri üzərində də araşdırmalar aparacaqlarını açıqlayıblar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!