Sarımsaq yağının bilmədiyimiz faydaları

Sarımsaq yağının bilmədiyimiz faydaları
Xalq təbabəti
10.09.2017 73
Sarımsaq yağı istifadə edilən qida məhsulları araşdırıldığında, sarımsağın eyni zamanda bakteriya və göbələk infeksiyalarına qarşı immunitet sistemini gücləndirdiyi də məlum olur. Xüsusilə sarımsağın anti-bakterial təsirləri, müxtəlif orqan və toxumalarda olan göbələk xəstəlikləri üçün çox əhəmiyyətli bitki mənşəli müalicə vasitəsidir . Sarımsaq yağı körpələrdə və uşaqlarda soyuqdəymə hallarında kömək edir.

 

Sarımsaq yağının toksin təmizləyici xüsusiyyətləri vardır. Bu səbəbdən xüsusilə civə zəhərlənməsi, radiasiya zəhərlənməsi, kimyəvi maddə zəhərlənmələrinin bədəndən təmizlənməsində istifadə edilir. Sarımsağın ən əhəmiyyətli xüsusiyyətindən biri qan durulducu olmasıdır. Çoxlu sarımsaq yemək əməliyyat əvvəlində, ya da sonrasında qanama riskini artıra bilər. Eyni zamanda sarımsaq istifadə etdiyiniz dərmanlarla qarşılıqlı təsirə girə bilər. Buna görə xora və ya tiroid problemləri olan kəslərin sarımsaq yeməzdən əvvəl həkimlərə soruşmaları lazımdır.

 

Sarımsaq və sarımsaq yağının digər faydaları:

 

Bəlğəm qovucudur.

 

Saçlara çox yaxşı təsiri var. Saç tökülməsi və qırılmasına mane olur.

 

Xərçəngdən qoruyucu təsiri var.

 

Böyrək daşlarının salınmasına yardımçı olur.

 

Öskürək, nəfəs darlığı, astma kimi tənəffüs yolları xəstəliklərinə yaxşı faydası var.

 

Yüksək təzyiq xəstəliyi olanlar üçün təzyiqi aşağı salır.

 

Ürəyi qüvvətləndirər.

 

Qaşların yenidən çıxmasını təmin edər.

 

Sarımsaq Yağının istifadəsi: 1 fincan suya 4 - 5 damcı tökülür, gündə 3 dəfə içilir. Xaricdən dəriyə masaj şəklində sürtülür.

 

Sarımsaq yağının zərərləri və arzuolunmaz təsirləri: Xüsusilə hemofiliya xəstələri, sarımsağın qan azaldıcı xüsusiyyətinə görə həkim nəzarətində istifadə olunmalıdır. Sarımsağın əks təsirləri mədə narahatlığı, qabarıqlıq, ağız qoxusu, dəri üzərində batma, qaşınmalar.

 

Nadir hallarda rast gəlinən yan təsirləri isə baş ağrısı, yorğunluq, iştah itkisi, əzələ ağrıları, baş gicəllənməsidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!