Xərçəngin dərmanı

Xərçəngin dərmanı
Xalq təbabəti
10.09.2017 26
Böyürtkən ən faydalı meyvələrdən biridir. Türkiyəli həkim Turan
Karadəniz bu möcüzəvi meyvənin insan orqanizmi üçün faydalı
xüsusiyyətlərindən danışıb.

Həmin məlumatları sizinlə bölüşürük:

Həkimin sözlərinə görə, böyürtkən xərçəngin ən böyük düşməni hesab edilə
bilər: "Araşdırmalar göstərib ki, böyürtkənin tərkibindəki aktiv
maddələr xərçəng hüceyrələrinin və şişin böyüməsini əngəlləyir”.

Həkim bildirir ki, mürəkkəbin tərkibindəki "ellagic” turşusu xərçəng
hüceyrələrini məhv edən ən təsirli maddədir. Doktor T.Karadəniz
mürəkkəbin, sadəcə xərçəngə qarşı faydalı olmadığını, bu möcüzəvi
meyvənin bir çox problemin həlli olduğunu bildirir: "Ağrılara, yüksək
təzyiqə, şəkər xəstəliyinə, tənəffüs yolu xəstəliklərinə qarşı
təsirlidir. Kiçik yaraları sağaltmaq üçün böyürtkəndən faydalanmaq olar.
Böyürtkəni yaraya çəkdikdə sağalma prosesi sürətlənir. Böyürtkən
qəbizliyi aradan qaldırır. İnsanı tox saxlayır”.

Həkim böyürtkənin yarpaqlarının da sağlamlıq üçün bir sıra faydaları
olduğunu bildirir: "Böyürtkənin yarpaqlarını qaynadıb içsələr, diş və
diş ətinə yaxşı təsir edər. Yarpaqlarla yanaşı, bitkinin kökünü də
qaynatsalar, bu çay böyrək daşlarının tökülməsinə kömək edər”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!