Portağal qabığını atmamaq üçün 9 səbəb

Portağal qabığını atmamaq üçün 9 səbəb
Xalq təbabəti
10.09.2017 16
Şəfa mənbəyi olan portağalın qabığını atmayın. Çünki bu meyvənin qabığından müxtəlif məqsədlər üçün istifadə edə bilərsiniz.

Qadınlar.Biz  portağal qabığının istifadə qaydalarını araşdırıb:
Qabyuyan maşında istifadə edin: qabyuyan maşından gələn pis qoxuları
aradan qaldırmaq və kirəcləşmənin qarşısını almaq üçün çəngəl-bıçaq
bölməsinə 2-3 ədəd portağalın qabığını qoyun. Qablar yuyulduqdan sonra
qabyuyanın qapağını açanda burnunuza xoş qoxular gələcək.

Təbii otaq ətri hazırlayın: Portağal qabıqlarını sobanın və ya kombinin üstünə qoyun. Ətrafa gözəl portağal qoxusu yayılacaq.

Dincəlin: Portağal qabığı, darçın və mixəyi qarışdırıb tavada qoxusu
çıxana qədər qovurun . Qarışığı boşqaba töküb salona gətirin. Boşqabdan
yayılan qoxu əsəblərinizi sakitləşdirəcək. Özünüzü daha dinc hiss
edəcəksiniz.

Dərinizi təmizləyin: payız və qış aylarında quruyan dərinizi təmizləyib
nəmləndirmək üçün portağal qabığından istifadə edə bilərsiniz. Portağal
qabığının tərkibində olan kalium, zülal, B və E vitaminləri dəri üçün
çox faydalıdır. Portağal qabığını rəndələyin və bir az şəkər tozu ilə
qarışdırıb üz və ya boyun bölgəsinə çəkin. Masaj edin. Daha sonra ilıq
su ilə durulanın.

Kekslərə ləzzət qatın: portağal qabığının narıncı hisslərini ağ hissədən
ayırın. Narıncı hissəsini xırda-xırda doğrayıb sobada qurudun. Daha
sonra şüşə qabda mühafizə edin. Qurudulmuş portağal qabığı ilə kekslərə
və ya tortlara ləzzət qata bilərsiniz.

Bitki çayına əlavə edin: portağal qabığı ilə yaşıl və ya ağ çayın dadını
yaxşılaşdıra bilərsiniz. Çay ilə portağal qabığını böyük bir fıncana
töküb dəmləyin.

Salatlara dad verin: portağal qabığını rəndələyin. Bir az zeytun yağı
ilə qarışdırıb bir gün saxlayın. Daha sonra salatlara əlavə edin. Bu
sous bütün salat növlərinə dad verəcək.

Mürəbbə bişirin: iki kasa portağal qabığını suda bişirin. Suyunu süzün. 3
stəkan şəkər tozunu 1 stəkan su ilə qarışdırıb qaynadın, daha sonra
portağal qabıqlarını da əlavə edin. 15 dəqiqə bişirin. 1- 2 ədəd
portağalın şirəsini, bir az limon duzu əlavə edib daha 5- 10 dəqiqə
bişirin.

Sellülitdən xilas olun: portağal qabıqlarını mətbəx robotundan keçirin.
Üzərinə rozmarin yağı töküb püre halına gətirin. Bu qarışığı sellülitli
bölgələrə çəkərək masaj edin. 30 dəqiqə saxlayıb ilıq su ilə təmizləyin.
Proseduranı həftədə iki dəfə təkrarlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!