Bu qoxu hafizəni gücləndirir

Bu qoxu hafizəni gücləndirir
Xalq təbabəti
10.09.2017 20
Mütəxəssislər rozmarinin qoxusunun insan yaddaşını gücləndirdiyi qənaətindədirlər.



Rozmarin qoxusu hadisələri yadda saxlamaq üçün çox təsirlidir.



Müasir tibdə rozmarindən miqren və həzm problemləri üçün yüngül ağrıkəsici kimi istifadə edilir. Rozmarin bitkisinin qoxusu isə yaddaşsızlıq probleminə çarədir.



Northumbria Universitetinin bir qrup alimləri rozmarin yağı ilə bağlı araşdırma aparıblar. Araşdırma rəhbəri Mark Moss bildirib ki, bu bitkinin qoxusunun faydalı olduğu elmi tədqiqatla sübut edilib.



Tədqiqatda 66 nəfər iştirak edib. Onların yarısına rozmarin yağı iylədilib. Sınaqdan sonra mütəxəssislər rozmarin yağı iyləyənlərin yaddaşının daha güclü olduğunu müəyyən ediblər. Mark Mossun sözlərinə görə, bu araşdırma yaddaş problemi yaşayan insanların müalicəsi üçün əhəmiyyətli məlumatdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!