Balqabaq şirəsinin faydaları

Balqabaq şirəsinin faydaları
Xalq təbabəti
10.09.2017 27
Orqanizmin xolestroldan və ağır metallardan təmizlənməsində mühüm rol oynayır.

Balqabağın dünyada 700-ə qədər növü mövcuddur. Bunlardan 3-ü - adi, irimeyvəli və muskat növləri Azərbaycanda daha geniş becərilir. Bir çox vitamin preparatlarının, şirniyyat sənayesində sukat və müxtəlif içliklərin hazırlandığı balqabağın şirəsinin nə qədər faydalı olduğunu bilirsinizmi?



Balqabaq şirəsinin faydaları

Uzun sürən müalicə proseduralarından, gərgin fiziki və zehni yorğunluqdan sonra orqanizmin bərpası üçün balqabaq şirəsi ən yaxşı vasitə hesab olunur. Onun tərkibində pektin olduğu üçün bu içki güclü antioksidantdır. Buna görə də balqabaq şirəsi orqanizmin xolestroldan və ağır metallardan təmizlənməsində mühüm rol oynayır.



Balqabaq şirəsi sidikqovucu xassəyə malikdir. Böyrək daşlarının salınması üçün təbii məlhəmdir. Bu şirə maddələr mübadiləsini normallaşdırır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq sisitemi üçün xeyirlidir.



Ürək damar xəstəlikləri zamanı balqabaq şirəsindən istifadə olduqca faydalıdır. Hipertoniyadan əziyyət çəkənlər də balqabaq şirəsindən faydalana bilərlər. O, qan təzyiqinin aşağı salınmasında əvəzolunmaz vasitədir.



Bu şirə qanda şəkərin də səviyyəsini aşağı salır. Buna görə də şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə balqabaq şirəsi məsləhət görülür.



Balqabaq şirəsi prostat vəzin xəstəliklərinə qarşı profilaktika üçün ən yaxşı içkilərdən biri sayıla bilər. Bu möcüzəvi faydaları olan içki hamilə qadınların ümumi vəziyyətinə də müsbət təsir göstərir. Xüsusilə ürəkbulanma zamanı balqabaq şirəsi öz effektini verir.



Xanımlar bu şirədən dırnaq və saç qulluğunda istifadə edə bilər. Balqabaq şirəsi saç və dırnağın struktrunu möhkəmləndirir.



Uşaqlarda raxitin inkişafının qarşısının alınması üçün balqabaq şirəsindən istifadə etmək məsləhət görülür. Balqabaq şirəsini gün ərzində 1 stəkandan artıq içmək məsləhət görülmür.



Unutmayaq ki, hər bir qidanın faydası olduğu kimi zərəri də var. Ona görə də hər şeydən qədərində yararlanmaq lazımdır. Eynilə də balqabaq şirəsidir ki, mədə və on iki barmaq bağırsağın xorası, həzm orqanlarında kəskin problemlərin olduğu zaman balqabaq şirəsindən məhdudiyyətlə istifadə olunmalıdır. Bu şirədən müalicə məqsədilə istifadə etdikdə həkimlə məsləhətləşməyi unutmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!