Bibər haqqında nələri bilmirik?!

Bibər haqqında nələri bilmirik?!
Xalq təbabəti
10.09.2017 54
Bolqar bibərinin vətəni Bolqarıstan deyil, Cənubu Amerika dövləti Perudur.

Bu tərəvəzin ikinci adı şirin bibərdir. Limon C vitamininin mənbəyi hesab olunsa da, bolqar bibərində bu vitamin daha çoxdur. Xüsusilə, vitamin bibərin saplağı tərəfində cəmlənmişdir, lakin bir çox evdar xanımlar bundan bixəbər olduqları üçün yemək bişirərkən tərəvəzin bu hissəsini kəsib tullayırlar. Bibərin tərkibində P vitamini çoxdur və bu vitamin sayəsində qan damarlarının elastikliyi artır, tromboz, ürək-damar sisteminin və aterosklerozun yaranmasının qarşısı alınır.

Bu tərəvəzdə A vitamini də çoxdur.

Buna görə saçlarınız töküldükdə, gözünüzün nuru zəifləməsin deyə şirin bibərdən qidanızda geniş istifadə edin. Bu tərəvəz həmçinin depressiyadan və yuxusuzluqdan əziyyət çəkənlər üçün faydalıdır. РР, В1, В2 və В6 vitaminləri bu xəstəliklərlə mübarizədə köməyinizə çatacaq. Müasir tibb bolqar bibərini radikulit, artrit və əsəb müalicəsində istifadə edir.

Lakin bu faydalı tərəvəzin bəzi insanlara ziyanı da ola bilər. Belə ki, mədəsində turşuluğu yüksək olan, qastritdən əziyyət çəkən insanlar bibər yeməməlidirlər. İşemiya, ürək ritminin pozulması, qaraciyərində narahatçılığı olanlar da bibərdən istifadə etməsələr, daha yaxşı olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!