Kartofun az bilinən möcüzəvi faydaları

Kartofun az bilinən möcüzəvi faydaları
Xalq təbabəti
10.09.2017 28
Bütün dünyada ən çox istifadə edilən tərəvəzlərin başında gələn kartofun
faydalarını bilirsinizmi? Bu yazımızda biz sizlər üçün kartofun
bilinməyən faydalarını tapıb hazırlamışıq.



Bunlar aşağıdakılardır:

Qalxanabənzər vəzinin davamlı şəkildə işləməsinə kömək edir və
bununla bağlı narahatçılıqları olan insanlar üçün xüsusilə tövsiyyə
edilir.

Tərkibində olan maqnezium sayəsində saç və dəri gözəlliyinə faydalıdır.

B vitamini tərkibli kartof yorğunluğa yaxşı təsir edir və sinir sistemini rahatladır.

Bol lifli olması ilə bağırsaq xərçənginə qarşı qoruyucudur.

Həzm sistemini rahatladıb bağırsaqlardakı zərərli bakteriyaları təmizləyir.

İshal, qəbizlik kimi bağırsaq xəstəliklərinin yaxşılaşmasına kömək edir.

Qaynadılmış kartofu əl və ayaqlara maska kimi sürtüb saxlamaq dərini yumşaldır və çatlara xeyirlidir.

Tərkibində yüksək miqdarda C vitamini vardır və bunun sayəsində həm
yağ əritməyə, həm də immun sistemini gücləndirməyə şərait yaradır.



Kartof yeyərkən diqqət edilməsi lazım olanlar:

Kartofun faydalarından yararlanmaq üçün bişirmə üsulu çox
əhəmiyyətlidir. Bunun üçün də əgər kartofun xeyrini görmək
istəyirsinizsə onu yalnız sobada, buxarda və suda bişirməlisiniz.
Qızartmasını isə nadir hallarda yeməlisiniz çünki bu sağlamlığa çox
ziyandır. Kartof qan şəkərini tez qaldırdığı üçün diabet xəstələri bunu
çox az istifadə etməlidirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!