Qəhvə, ürək xəstəliklərindən ölüm riskini azaldır

Qəhvə, ürək xəstəliklərindən ölüm riskini azaldır
Xalq təbabəti
10.09.2017 27
Qəhvə bir çoxlarının bildiyi kimi təkcə yuxunu qaçırmır, həmçinin insan orqanizmi üçün daha faydalıdır.



Qəhvənin
insan orqanizmi üçün xeyir və zərərləri barədə aparılan araşdırmalara
biri də əlavə olundu. Araşdırmalara görə qəhvə, ürək damar xəstəlikləri,
diyabet, intihar və nevroloji problemlərin yol açdığı ölüm riskini
azaldır. Buna görədə sizə qəhvənin üstün keyfiyyətlərindən bəhs edək.



Mütəxəssislərin
30 il ərzində təxminən 168 min qadın və 40 min kişi üzərində apardığı
araşdırmanın nəticələrə əsasən, kafeinli ya da kafeinsiz müntəzəm
şəkildə qəhvə içmək ürək və damar xəstəlikləri, diyabet, intihar və
nevroloji problemlər səbəbindən yaranan ölüm riskini azaltdığını
bildirirlər.

 

Mütəxəssislər,
müntəzəm və balanslı qəhvə qəbul etməyin sağlam bir qidalanma kimi
qiymətləndirilməsinin düzgün olduğunu qeyd edirlər. Hamilələr və
uşaqların isə tərkibində kafenin olan qəhvə və digər içkiləri içməsi
qadağan edilib.

 

Tədqiqatçı
Harvard Universiteti Cəmiyyət Sağlamlığı Məktəbi doktorantura tələbəsi
Ming Dingin məqalədə yer alan açıqlamasında qeyd olunur ki, qəhvədə olan
bioaktiv komponentlərin insulin müqavimətini və sistematik iltihabı
azaldır. Müntəzəm olaraq qəhvə içərək ölüm riskinin azalması kimi digər
üstün cəhətlərinin aşkar edilməsi istiqamətində hələ də araşdırmaların
davam etdirldiyi qeyd olunub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!