Çayın tarixi, xüsusiyyətləri və faydası

Çayın tarixi, xüsusiyyətləri və faydası
Xalq təbabəti
10.09.2017 27
Çay dünyada sudan sonra ikinci ən geniş yayılmış
içkidir. Çay kolunun (Camellia sinensis) yarpaqlarını dəmləməklə və ya
qaynatmaqla əldə edilən bu içki əsasən isti və subtropik ölkələrdə
yetişdirilir. Yığılandan sonra emal prosesinin nəticələrinə görə çay 4 növə
ayrılır: yaşıl, qırmızı, sarı və qara.



Çayın tarixi

Öz tarixi təkamülündə
müxtəlif dəyişikliklərə məruz qalan çay içkisi qədim Çində tez həlledilən
formada istifadədən tutmuş dövrümüzdə kofeinsizləşdirilmiş , soyuq çay, hətta
üzvi çay ( ekoloji cəhətdən təmiz ərazilərdə becərilən bitki ibtidai dövrlərdə
oldugu kimi emal edilir) formalarına qədər inkişaf etmişdir. Çayın tarixində
daha maraqlı rəqəm 1908 - ci ildə geniş yayılmış paket (birdəfəlik) çayların
ABS-da istehsalıdır.



Çay agacının vətəni Çin
hesab edilir. Məhz çinlilər yarpaqdan hazırlanmış həlimin insan orqanizmi üçün
tonlaşdırıcı təsirinə diqqət yetirmiş və bu bitkinin becərilməsinə başlamışlar.
Çayla baglı ilk xatirələrə təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında
rast gəlinir.



Çayın tərkibi və
xüsusiyyətləri

V. V. Poxlebkinin
fikrinə görə, çayın saxlanma dərəcəsi bağlamanın germetiklik və mikrobsuzluğu
ilə proporsional olmalıdır. Pis bağlanmış bağlamada faydalı xüsusiyyətlərini və
ilkin keyfiyyətini tezliklə itirir. Çayın dad keyfiyyətinin uzun müddət
saxlanması üçün havanın daxil olmasına mane olan ağzı kip bağlanmış çini qabda
saxlanmalıdır. istifadə zamanı qabı təmiz yuyub qurulamaq lazımdır.



Çayın xüsusiyyətinə
həmçinin onun saxlandığı yer də təsir edir. Uzun müddət qalması üçün çayı quru,
sərin və havası təmizlənmiş yerdə saxlamaq lazımdır. Dəmlənmiş çayı digər
məhsullarla birlikdə saxlamaq doğru deyil. Saxlanma şərtlərinə riayət etdikdə,
çay illərlə daha möhkəm, içki isə dadlı və ətirli olur.



Səmərəli istifadə üçün
müxtəlif çay növlərinin xüsusiyyətlərini bilmək lazımdır. riyarpaqlı çay daha
tez işlənir, bir kiloqram çaydan 300 fincan çay dəmləmək olur. Bu ən qənaətsiz
çaydır, belə ki, bir fincan çay dəmləmək üçün bir qaşıq quru çay tələb olunur.



Əgər qutunun üzərində
yarpağın ölçüsü göstərilməyibsə, bu orta yarpaqlı çaydır. Bu növdən olan çayın
bir kiloqramından 500 fincan çay dəmləmək mümkündür. Kiçik dənəli çay tez
dəmlənir, şəffaf rəng verir, qənaətli istifadə edilir, lakin kiçik bir səhv acı
bir içkinin alınmasına səbəb olur.



Çayın faydası və
əhəmiyyəti

Çay son dərəcə faydalı
və əvəzolunmaz məhsuldu. Əgər XIX -cu əsrin əvvəllərində çayın tərkibinin
yalnız dörd-beş maddədən ibarət olduğu düşünülürdü, hazırda sübut edilib ki
çayda onlarla kimyəvi qrupa aid olan maddələrin elementləri mövcuddur. Buraya
efirli yağlar, taninlər, flavonoidlər, alkaloidlər, vitaminlər və sairləri
aiddir



Çay dünyada ən çox
içilən içkilər siyahısında, sudan sonra ikincidir.



Çay kompressi çox faydalıdır.
Bu cür kompresləri zədələnmə və əzilmə zamanı qoyduqda ağrı tezliklə
sakitləşir. Belə ki, yaşıl çayı 15 - 20 dəqiqə dəmləyib, alınan məhlulu
tənzifin içərisində ağrıyan yerə qoyub, polietilenlə üzərini örtdükdə bir neçə
dəqiqədən sonra ağrı sakitləşir. Lakin Hindistan həkimlərinin fikrinə görə çay
gözün korlaşmasına qarşı yaxşı profilaktik tədbir rolunu oynayır. Həm qara, həm
də yaşıl çay kataraktanın inkişafının qarşısını alır, amma qara çayın təsiri
daha çoxdur. 



Menopauza dövründə
qadınlara çoxlu çay içmək məsləhət görülür, belə ki, çay bu dövrdə sümüklərin
sınması ilə nəticələnən osteoporoza adlanan xəstəliyin qarşısını alır. Çay
xərçəng xəstəliklərinin yaranmasının qarşısını alır. Yaşıl çay tənəffüs, əsəb
və ürək- damar sistemlərinin işini yaxşılaşdırır.



Çinlilər çayın insanın
görmə qabiliyyətinə təsirindən hələ qədim zamanlarda yazıblar, müasir dövrdə bu
cür təsir çayın tərkibində olan provitamin A ilə izah edilir. Yaxınlarda bir
sıra alimlər çayın allergiyaya qarşı təsiri mövzusunda tədqiqatlar aparıblar,
bu tədqiqatların nəticəsində çayın histaminin, yani allergiya simptomlarına
cavabdeh maddənin qanda azalmasında rolu olduğu araşdırılıb. Tokio Universitetinin
alimləri çayın xolera kimi infeksion xəstəliyinə qarşı və ümumiyyətcə
antibakterial təsirə malik olduğunu sübut ediblər.



Alimlər çayın
tərkibindəki flavonoidlərin çayın antioksidant xassələrinin səbəbkarı olmağını
bildirir, digər sözlərlə desək flavonoidlər insan hüceyrələrinin oksidləşməsinə
yol verməyərək, azad radikalların çoxalmasının qarşısını alır.



Bir sıra çay
mütəxəssisləri yaşıl çayın qara çaya nisbətən daha faydalı olduğunu qeyd edir.
Yaşıl çay daha az emala məruz qaldığından lazımlı elementləri itirmir və insana
çox xeyir verir.



Çay baş ağrısını
aradan qaldırır.

Çay oyadır və alkoqol
asılılığından azad olmağa kömək edir. 

Çay qidalandırıcı
ərzaq hesab edilir, aclığı aradan qaldırır ( xüsusilə də müxtəlif ətirli və
müalicəvi əlavəyə malikdirsə )

Çay istilər zamanı
əhvalı yüngülləşdirir.

Çay təravətləndirir
və gümrahlaşdırır.

Çay sakitləşdirir,
stressi aradan qaldırır, əsəbləri sakitləşdirir.

Yağlı qidanın həzmini
asanlaşdırır.

Orqanizmdən zəhəri,
toksinləri və şlakı xaric edir.

Çay ömrü uzadır.

Çay intellekti
artırır, şüuru formalaşdırır.

Çayda dişlər üçün
faydalı olan flüor mövcuddur. Yaşıl çay dişlərdə kariyes yaradan bakteriyaları
öldürmək iqtidarındadır. Miqren tutulmaları zamanı qara çay içmək lazımdır ki,
baş ağrısı sakitləşsin.



Holland və Britaniya
alimlərinin çayın insan beyninə təsiri sahəsində apardıqları araşdırmalardan bu
qənaətə gəliblər ki, çay içmək sağlam insanın əqli qabiliyyətlərini
yaxşılaşdırmağa qadirdir.Eksperimentdə iştirak edən 40 yaşına kimi könülliləri
iki qrupa ayırıblar.

Birinci qrupda olanlara
50 mq kofein və həmən dozada kofeinlə birgə çayda mövcud olan L-tianin (100 mq)
aminturşusu verirdilər. İkinci qrupa isə yalnız kofein verirdilər.
Eksperimentlər bunu göstərdi ki, çay içən iştirakçılar daha güclü nəticələr
göstərdi. Bundan başqa, müntəzəm çay içən könüllülər daha yaxşı yaddaşla
seçilirdilər.

Həmçinin yapon alimləri
sübut ediblər ki, müntəzəm çay içmək iki növ diabetin qarşısını almağa səbəb
olur. Əlavə olaraq da çay, həddindən artıq yağlı yemək yeyənlərin qanını
təmizləməyə qadirdir.



Gündə 3 fincan çay
içmək 50 yaşına qədər olan qadınlarda döş xərçənginin riskini azaldır. Bu
barədə Florida ştatındakı Tampa şəhərində yerləşən Moffitt Cancer Centredən
olan amerikalı tədqiqatçılar bəyan etmişlər. Lakin mütəxəssislər vurğulayırlar
ki, göstərilən yaşdan yuxarı olan qadınlarda şişlərin əmələ gəlməsinə çay zəif
təsir edir. Tədqiqatda döş xərcəngindən müalicə keçmiş 20-74 yaşları olan 5 min
qadın iştirak etmişdir. Alimlər müəyyən etmişlər ki, gündəlik içilən bir neçə
fincan çay süd vəzləri xərçənginin inkişaf riskini 66% azaldır.



Çayın hazırlanma
qaydası

1 stəkan çay üçün yarım
çay qaşığı quru çay, 25 q. Qənd 1/8 və ya 1/10 əd. limon götürülür. Çay adi
qaydada dəmlənir, süfrəyə çaynikdə və ya səkanda verilir. Stəkan qaynar su ilə
yaxalanır, ona təxminən 50 ml. çay dəmi tökülüb üstünə təzə qaynar su əlavə
edilir. Çay süfrəyə veriləndə ayrıca olaraq yanına qənd və xırda nəlbəkidə
doğranmış limon qoyulur.



Min illərdən bəri,
dünyanın bütün xalqları tərəfindən bir içki kimi istifadə olunan çayı hərə bir
cürə dəmləyir. Ayrı-ayrı xalqlar sozsüz ki, yaşadıqları regionların iqlim
şəraitindən, sürdükləri həyat tərzindən asılı olaraq, çayı müxtəlif üsullarnan
dəmləyirlər:



Çinlilər əvvəlcədən
qızdırılmış çaynikə çayı atıb, üstünə qaynar suyu tökürlər, 3 dəqiqədən sonra,
farfordan hazırlanmış fincanlara süzüb, qaynar-qaynar, özü də qəndsiz içirlər.

Yaponlar çayı, əvvəlcə,
xüsusi hazırlanmış həvəngdəstədə əzib, toz halına salırlar. Sonra, əvvəlcədən
qızdırılmış çaynikə atıb, üstünə hərarəti 70 selsidən yuxarı olmayan qaynamış
su töküb, 2-3 dəqiqədən sonra içirlər. Yaponların dediklərinə görə, bu cürə
dəmlənmiş çay, öz müalicəvi əhəmiyyətini saxlamaqla yanaşı, həm də çox ətirli
olurlar. Yaponlar əsasən, çayın ətrindən daha çox feyziyab olurlar. Belə ki,
onlar da çayı 40-50 qr.-lıq kiçik fincanlarda içirlər.

İsveçrəlilər qaynayan
südə qaynaya-qaynaya əvvəlcə qənd atırlar, onun ardınca, quru çayı atıb, odu
söndürürlər. Tam soyudub, sonra içirlər.

Kalmıklar bir balaca
suyu çaynikdə qızdırıb, həmin çaynikə yaşıl çayı atıb, qoyurlar odun üstünə. Su
qaynağa düşəndən sonra, qaynar süd, ərinmiş yağ, duz əlavə edib,
qarışdıra-qarışdıra 15 dəqiqə qaynadırlar. Qaynama müddətinin başa çatmasına
7-8 dəqiqə qalmış, çaynikə dəfnə yarpağı və mixək əlavə edib, odu söndürürlər.
Və nəhayət, süzgəcdən süzüb içirlər.

Azərbaycanlılar çayı
adətən, şüşə və ya saxsı çayniklərdə dəmləyirlər. Əvvəlcə, çayı çaynikə üstünə
qaynamış suyu əlavə edib, asta odda dəmləyirlər. Təxminən 5 dəqiqədən sonra çay
hazır olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!