Hər dərdə dəva olan heyvanın faydaları

Hər dərdə dəva olan heyvanın faydaları
Xalq təbabəti
10.09.2017 24
A və B vitaminləri ilə zəngin olan heyva qış
fəslinin əvəzolunmaz meyvələrindən biridir. Şəkər miqdarı olduqca aşağı
olan bu meyvə eyni zamanda insanı rahatlatmaq və sakitləşdirmək
xüsusiyyətinə malikdir.



Heyvanın bilmədiyiniz digər faydaları:

- Mədə və bağırsaqları gücləndirir.



- İshalı kəsməkdə təsirlidir.



- Qara ciyərin fəaliyyətini yaxşılaşdırır.



- Qanı təmizləyir.



- Ürək döyüntüsünə xeyir edir. Ürəyə qüvvət verir və rahatladır.



- Öskürməyə faydalıdır.



- Dərini təmizləyir, dırnaqları bərkidir.



- Varikozun qarşısını alır.



Bundan
başqa, heyva ağ ciyər, böyrək, boğaz, göz və ağız sağlamlığı üçün də
faydalıdır. Heyva damar sərtliyinə xeyir edir, təzyiqi endirir.
Yarpaqlarından hazırlanan çay ürək ağrılarına yaxşı təsir edir və insanı
sakitləşdirir. Həmçinin yarpaqlarını qaynadıb, suyu ilə qarqara etmək,
yarpaqlarını isə boğaza kompress kimi qoymaq boğaz ağrısının və
şişməsinin keçməsinə kömək edir. Kərə yağında bişirilən heyva nəfəs yolu
xəstəliklərinə, xroniki öskürəyə, bronxitə və vərəm xəstəliyinə
xeyirlidir. Heyva çiçəyini bal ilə qatıb udanda baş ağrısını kəsir.
Bundan başqa, heyvanın çiçəyini qaynadıb, suyunu içmək ürək döyüntüsünü
kəsir, ürəyi qüvvətləndirir və ananın südünü artırır.



Heyva
qanamanı dayandırmaqda da təsirlidir. Burnunuz qanayarkən heyva suyunu
burna çəkmək qanamanı dayandırmağınıza kömək edəcəkdir. Bundan əlavə,
heyvanın üzərindəki tükləri qanayan yerə qoyduqda da qanamanı kəsir.



Heyvanın özünü və tumunu qaynadıb suyunu içmək qadınlarda doğumu asanlaşdırır, iştah açır, böyrək və sidik yolu iltihablanmalarının qarşısını alır.



Gözlərə
xeyirlidir. Göz ağı, göz qapağı və kirpiklərin iltihablanması zamanı
heyva yarpağını qaynadıb soyutduqdan sonra gözlər bu su ilə gündə bir
neçə dəfə yuyulur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!