Çuğundur şirəsinin faydaları

Çuğundur şirəsinin faydaları
Xalq təbabəti
10.09.2017 21
Bu şirə orqanizm üçün energetik içki rolunu oynayır



Hər
bir insan sağlamlığında yaranmış müəyyən problemlər də və eləcə də
immunitetini artırmaq üçün dərmanlardan, vitaminlərdən istifadə edir.
Unutmaq olmaz ki, dərmanlar bizə kömək etsədə sonradan onların bəzi
fəsadları özünü göstərir. Xəstələnməmək, sağlam və güclü olmaq üçün ilk
növbədə sağlam qida şərtdir. Bununla yanaşı orqanizm üçün faydalı olan
qidalardan mütəmadi olaraq istifadə etmək lazımdır. Bunlardan biri və ən
vacibi çuğundur şirəsidir.



Bu gün  Qadınlar.biz  sizə çuğundur şirəsinin faydalarından söz açacaq.



Çuğundur şirəsi orqanizm üçün energetik içki rolunu oynayır. O,
orqanizmin dözümlülüyünü 16% artırır. Buna görə də orqanizm uzun müddət
aktiv qala bilir və böyük gərginliklərin öhdəsindən gəlir. Səbəbi isə
onun tərkibində olan duzların orqanizmin oksigen sərfini azaltması və
bununla da enerjini saxlamaq qabiliyyətidir. Alimlər hesab edirlər ki,
bu cür effekti başqa heç bir vasitə ilə əldə etmək mümkün deyil. Bunu
adi insanlardan başqa idmançılara da tövsiyə etmək olar. Bundan başqa,
çuğundur şirəsi metobolik pozğunluqlardan, ürək-damar sistemi və
tənəffüs üzvlərində dəyişikliklərdən əziyyət çəkənlərə faydalı təsir
göstərir. 



Çuğundur şirəsi qara ciyər üçün çox faydalıdır. Qara ciyəri yaxşı
təmizləyir, fəaliyyətini yaxşılaşdırır, onun piylənməsinin qarşısını
alır.



Bu şirə böyrəklər üçün də çox faydalıdır. Eyni zamanda artıq çəkisi
olan insanlar da bu şirədən yararlana bilər. Çuğundur şirəsinin
tərkibində olan maddələr yağların parçalanmasını sürətləndirir.



Çuğundur şirəsi arterial təzyiqin normada qalmasına kömək edir. Hətta
alimlər təsdiq edirlər bu şirənin bir dəfə qəbul edilməsi artıq bir
saatdan sonra qan təzyiqini endirir. 3-4 saatdan sonra onun təsiri ən
yüksək həddə çatır və bu, 24 saat davam edir. Bu fakt hipertoniyadan
əziyyət çəkən milyonlarla insan üçün çox faydalı ola bilər.



Çuğundur şirəsini bu cür hazırlamaq daha effektli hesab olunur. 

50 qr təzə çuğundur şirəsi 50 qr balqabaq şirəsi ilə qarışdırılır, 1
çay qaşığı bal əlavə olunur və hər səhər acqarına qida qəbulundan 20
dəqiqə əvvəl içilir.

Çuğundur şirəsinin daim qəbulu damarların vəziyyətinə çox yaxşı təsir
edir.O, damarları təmizləyir, elastikliyini artırır, varikoz xəstəliyi
zamanı çox faydalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!