Mərcinin bilmədiyiniz faydaları

Mərcinin bilmədiyiniz faydaları
Xalq təbabəti
10.09.2017 24
Mərci ən çox sevilən qidalardan biridir. Qış aylarında ondan hazırlanan şorba və yeməklər qripə, soyuqlamaya qarşı faydalıdır.

               

Türkiyəli həkim Ayça Kaya mərcinin faydalarından danışıb:

 

Doktor Ayça Kayanın sözlərinə görə, yaşıl və qırmızı mərci daha faydalı hesab olunur:

 

"Mərcinin bu iki növü zülalla zəngindir. Bu qidalar maddələr mübadiləsinin sürətini artırır. Bu da arıqlamağa kömək edir”.

 

Həkim mərcinin orqanizm üçün yararlı karbohidratlar ehtiva etdiyini söyləyir:

 

 "Karbohidratla
zəngin olan mərci orqanizmi keyfiyyətli şəkərlə təmin edir. Kalorisi az
olsa da, orqanizmin ehtiyacı olan bir çox vitamin və mineralı ödəyir.
Pəhriz saxlayan insanlarda müşahidə edilən halsızlıq, yorğunluq kimi
əlamətləri aradan qaldırır. Bunun üçün salatlara 2 xörək qaşığı suda
bişirilmiş  yaşıl mərci əlavə etmək kifayətdir”.

 

Ayça Kaya liflə zəngin olan bu qidanın həzm sisteminə yaxşı təsir etdiyini vurğulayır:

 

"Mərci
ən keyfiyyətli lif mənbələrindən biridir. Lifli qidalar daha tez
doymağa səbəb olduğu üçün arıqladır, həm də həzm sisteminin işini
asanlaşdırır. Mərci bağırsaqlar üçün çox faydalıdır”.

 

Həkim mərcinin, xüsusilə də, qadınlar üçün çox faydalı olduğunu qeyd edir:

 

"Qadınlar
mərcini gündəlik qida menyularına əlavə etməlidir. Ələxüsus, klimaks
dövrünü yaşayanlar mərci yesinlər. Çünki o, klimaksın əlamətlərini
aradan qaldırır. Həmçinin, döş və yumurtalıq xərçəngindən qoruyur”.  

 

Mərcinin təsirini artırmaq üçün onu müəyyən qidalarla birlikdə yemək məsləhət görülür:

 

"Mərci dəmirlə zəngindir. Onu yumurta və ya ətlə birlikdə yemək məsləhətdir. Mərcili yeməkləri limonla yemək lazımdır”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!