Nanənin faydaları

Nanənin faydaları
Xalq təbabəti
10.09.2017 30
Nanə
tibbi məqsədlər üçün istifadə edilən ən qədim Avropa bitkilərindən biri
olmaqla yanaşı, tarixi olaraq Çin və Yaponiya tibbində də çox istifadə
edilir. Nanənin özündən əldə edilən yağ, bədənə fərəhləndirici bir hiss
verir. Məhz buna görə əzələ ağrılarını azaltmaq üçün istifadə edilir.
Eyni zamanda antimikrob faydası olan nanə yağı tərkibindəki mentol
sayəsində ağızdan gələn pis qoxu və həzm problemlərinin azalmasına
yardımçı olur.



Tibbi olaraq tövsiyə edilən nanə yağı əzələ spazmlarını minimuma
endirdiyi üçün mədə bulantısının qarşısını almaq məsələsində də
faydalıdır.



Tərkibində olan mentol sayəsində prostat xərçənginin yayılması və
irəliləməsinin qarşısını alır. Radiasiyaya məruz qalma nəticəsində
meydana gələn zərərlərin getməsini təmin edir.



Nanə yağının ən çox bilinən faydaları bunlardır:



- Mədə ağrılarını azaldır



- Nəfəsi yeniləyir



- Diqqəti yönəltməyə kömək edir



- Tənəffüs sistemini təmizləyir



- Enerji verir



- Əzələ ağrılarını gəvşədir.



Qadinlar.biz nanə yağının 18 istifadə qaydasını təqdim edir.



Əzələ ağrısını azaltmaq

Nanə yağı əzələ ağrılarını gəvşədən ən təsirli təbii ağrıkəsicilərdən
biridir. Əsasən bel ağrılarının azalmasında, ağrılı əzələ və təzyiqdən
qaynaqlanan baş ağrılarında çox faydalıdır. Nanə yağını ağrıkəsici kimi
istifadə edərkən ağrıyan hissəni onunla masaj edin.



Sinusit

Nəfəs almadan dərhal əvvəl nanə yağını burnunuza yaxınlaşdırmaq və ya
nanə yağının qoxusunu içinizə çəkmək tıxanmış vəziyyətdə olan
sinusların və boğazınızın dərhal açılmasına yardım edəcək. Nanə yağı
bəlğəmi gətirir və soyuqdəymə, bronxit, sinusit, astma kimi
xəstəliklərdə sağalmağa yardım edir.



Oynaq müalicəsi

Oynaqlarınız ağrıdığında nanə yağını lavanda yağ ilə qarışdıraraq
ağrıyan bölgənizə sürtün. Bu yolla nanə yağı əzələlərə soyuq təsir
edərək soyumalarını təmin edir.



Şiddətli aclığı yatışdırır

Nanə yağının qoxusunu içinizə çəkmək aclıq hissini öldürür.



Təbii enerji verir

Təhlükəli enerji içkiləri yerinə nanə qoxusundan bir az içinizə
çəkməyi heç sınadınızmı? Uzun səyahətlərdə sizi canlandıracaq ən təsirli
yollardan biridir.

Həm də xroniki yorğunluq sindromu olan insanlarda nanə yağı diqqəti gücləndirir.



Şampunun təsirini gücləndirir

Gündəlik olaraq istifadə etdiyiniz şampununuzun içinə bir neçə damcı
nanə yağı əlavə etməklə yarana biləcək keçəllik probleminin qarşısına
keçir, səhərlər daha enerjili oyanmanıza yardım edir.



Allergiyanın qarşısını alır

Nanə yağı tənəffüs yollarını rahatladır, mövsümi allergik
reaksiyaların getməsində faydalıdır. Qərənfil və okaliptus yağı ilə
qarışdırılaraq istifadə edildiyində təsiri çox qüvvətli olur.



Qızdırma salır

Nanənin sərinlədici təsiri sayəsində özəlliklə uşaqlarda görülən
yüksək qızdırmanı endirmək üçün ən gözəl təbii vasitələrdən biri nanə
yağıdır. Aspirin və ya başqa dərmanlar içirtmək yerinə nanə yağını
hindqozu yağı ilə qarışdırın. Qarışımı uşağın boynuna və ayaqlarının
altına sürtün.



Təbii böcək qovucu

Nanə yağından nifrət edən sadəcə gənələr deyil. Qarışqalar,
hörümçəklər, ağcaqanadlara qarşı nanə yağı istifadə edə bilərsiniz.



Dəri baxımı

Nanə yağı gündəlik dəri baxımı üçün möhtəşəm nəticələr verir. Dodaq
nəmləndiricisi və bədən losyonun içinə bir neçə damcı nanə yağı
damcıladın.



Sızanaq müalicəsi

Aparılan tibbi araşdırmalar göstərir ki, nanənin içində olan
antimikrob özəlliklər sayəsində nanə yağı sızanaqların getməsində
yardımçı vasitələrdən biridir. 



Baş ağrılarını azaltma

Nanə yağı ilə alın bölgəsinə masaj etmək baş ağrıları və miqren ağrılarını azaldır.



Saç uzanması

Nanə yağı korlanmış saçları yeniləməkdə və nəmləndirməkdə yardım
edir. Evinizdəki şampuna bir neçə damcı əlavə etmək işinizə yarayacaq.



Günəş yanıqlarını sağaldır

Nanə yağını günəş yanıqlarının üzərinə çəkmək yaranı susuzlaşdırır və
ağrı azalır. Hindqozu yağı ilə qarışdırıb birbaşa yanıq bölgəsinə
vurun. Dərini yeniləyəcək.



Menstruasiya ağrıları

Nanə çayı içə, ya da yeməklərinizdən əvvəl boşqaba 1-2 damcı nanə yağ damcılada bilərsiniz.



Nəfəs fərəhliyi

Diş çürüklərinin yaranmasının qarşısını alır, nəfəsi fərəhlədir.
Bunun üçün dilinizin altına 1-2 damcı nanə yağı damcıladıb, 1 stəkan su
ilə ardından ağzını yaxalayın.



Ürəkbulanmanı yox edir

Nanə çayının içinə bir neçə damcı limon damcıladaraq için. Bir neçə damcı nanə yağını qulaqlarınızın arxasına sürtün.



Diş çıxarma

Uşaqlar diş çıxararkən istifadə edilən ən təsirli ağrıkəsicidir. Nanə yağını hindqozu yağı ilə qarışdırıb diş ətinə sürtün.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!