Bağırsaqların xurma ilə təmizlənməsi

Bağırsaqların xurma ilə təmizlənməsi
Xalq təbabəti
10.09.2017 33
Müasir
insanların əksər hissəsi düzgün qidalanmır, azhərəkətli həyat sürür,
lazımi miqdarda təmiz su içmir ki, bunun nəticəsində onların bir çoxu
müxtəlif bağırsaq problemlərindən əziyyət çəkir - köp, həzm və sorulma
proseslərinin pozulmaları, qəbizlik, bağırsaqlarda müxtəlif ziyanlı
maddələrin, nəcis daşlarının yığılması və s.

Bağırsaqların
normal fəaliyyəti, onların vaxtında boşalması insan sağlamlığına böyük
təsir edir. Bağırsaqlar vaxtında boşalmadıqda, orada ziyanlı maddələr
yığıldıqda, bu orqanizmin xroniki intoksikasiyasına (zəhərlənmə) səbəb
olur - bağırsaqlarda yığılmış ziyanlı maddələr yenidən qana sorulur.
Xroniki intoksikasiya orqanizmin müxtəlif orqan və sistemlərinə
(böyrəklər, qara ciyər, ürək, dəri və s. ) mənfi təsir edir. Xroniki
qəbizlik yoğun bağırsağı xərçənginin risk faktorlarından biri sayılır.
 Bu səbəbdən xroniki qəbizliklə mübarizə aparmaq, bağırsaqları daim
təmizləmək lazımdır.

Bu
məqsədlə xurmadan istifadə edə bilərsiniz. Xurma qidalı liflərlə
olduqca zəngindir. Bu liflər bağırsaqlara süpürgə kimi təsir edir -
orada yığılmış ziyanlı maddələri süpürüb aparır. Həmçinin xurma
qəbizliyi aradan qaldırır.

Sizə xurma ilə bağırsaqların təmizlənməsi üsulunu təqdim edirik.

Hər
səhər acqarına 1 stəkan ilıq su için, yarım saatdan sonra 2 dənə orta
ölçüdə olan xurma yeyin. Bu sizin səhər yeməyinizdir. Gün ərzində adi
qaydada qidalanın və qida qəbulları arasında 1-2 dənə xurma yeyin. Təbii
ki, qidalanmanız sağlam olmalıdır. Həmçinin gün ərzində siz 2 l təmiz
su içməlisiniz (buna sağlamlığınızla bağlı əks-göstərişlər yoxdursa).

Bu
qayda ilə 10 gün ərzində qidalanmalısınız. Bu bağırsaqların yaxşı
təmizlənməsinə, bədən çəkisinin bir qədər azalmasına, üz dərisinin
vəziyyətinin yaxşılaşmasına kömək edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!