Çay ağacı yağı

Çay ağacı yağı
Xalq təbabəti
10.09.2017 31
Bu
ən tanınmış və effektli müalicəvi efir yağlarından biridir. Bu yağ
müxtəlif kremlərin, losyonların, şampunların, dezodorantların, diş
pastalarının tərkibinə daxil edilir.

Elmi
araşdırmalar nəticəsində sübut olunub ki, çay ağacı yağı güclü
antiseptik xüsusiyyətlərə malikdir. Bundan əlavə çay ağacı yağı

- virus və iltihab əleyhinə təsiri edir,

- göbələk infeksiyalarını sağaldır,

- öskürək, qripp, angina, sinusitlər (haymorit, frontit) zamanı çox yaxşı müalicəvi təsir edir,

- yaraları, sıyrıntıları, yanıqları sağaldır,

- dəri xəstəlikləri, herpes səpgiləri, dəridə civzələr, ziyillərvə s. zamanı istifadə olunur,

- ağız boşluğu iltihabları, damaq xəstəlikləri zamanı istifadə olunur, kariyesin qarşısını alır,

- sinir sisteminə müsbət təsir edir - sakitləşdirir, stresi və gərginliyi azaldır,

- immun sistemini stimullaşdırır.

Öskürək, bronxit zamanı çay ağacı yağı ilə inhalyasiyalar edirlər. Belə
inhalyasiyalar nəfəs yollarını selikdən təmizləyir, iltihabı azaldır,
nəfəsalmanı asanlaşdırır. Enli qaba isti su tökün və suya 5 damcı çay
ağacı yağını əlavə edin. Bu suyun buxarından nəfəs alın.

Ayaqlarda göbələk zamanı ayaq vannasına 7 damcı yağ əlavə edin. Belə vannaları 1 həftə ərzində hər gün edin.

Stress və gərginlik zamanı vannaya 10 damcı yağ əlavə edin və 10-15 dəqiqə ərzində vanna qəbul edin.

Dodaqlarda herpes zamanı yağı səpgilərin üzərinə çəkin.

Angina zamanı 1 stəkan ilıq suya 3-4 damcı çay ağacı yağını əlavə edin və boğazınızı qarqara edin.

Saçlarda kəpək zamanı çay ağacı yağını istifadə etdiyiniz şampuna əlavə
edin (3 damcı yağ + adətən istifadə etdiyiniz şampun dozası) və
saçlarınızı bu şampunla yuyun.

Kariyesin profilaktikası məqsədi ilə diş fırçasına diş məcunu çəkin, 1
damcı çay ağacı yağını əlavə edin və dişlərinizi fırçalayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!