Müalicəvi cirə çayı

Müalicəvi cirə çayı
Xalq təbabəti
10.09.2017 43
Cirə
tanınmış ədviyyatdır. Cirə dünyanın bir çox mətbəxlərində isti
xörəklərin, şirniyyatların, müxtəlif içkilərin hazırlanmasında geniş
istifadə olunur.

Bundan əlavə cirə çox güclü müalicəvi xüsusiyyətlərə malikdir.

Cirədən çox dadlı müalicəvi çay hazırlamaq olar. Bu çay:

- Oskürək və bronxit zamanı bəlğəmgətirici, iltihabəleyhinə və
antiseptik təsir edir, nəfəs yolları çox yaxşı təmizləyir və
genişləndirir.

- Bağırsaqlarda köpü, spazmı və ağrıları azaldır, bağırsaqların
hərəkətliliyini artırır, qəbizliklə mübarizə edir, həzmi və iştahanı
yaxşılaşdırır.

- Qara ciyərin və öd kisəsinin funksiyasını yaxşılaşdırır.

- Əmizdirən analarda laktasiyanı yaxşılaşdırır.

- Baş ağrıları azaldır, sakitləşdirici təsir edir.

- Sidikqovucu təsir edir, sidik yolları təmizləyir.

- Qədimdə cirə kişilərdə impotensiyanın müalicəsində istifadə olunurdu.

- Cirə menstruasiya zamanı ağrıları və spazmı azaldır.

- Orqanizmi təmizləyir, arıqlamağa kömək edir.

- İmmun sisteminə müsbət təsir edir.

Cirədən müalicəvi çay hazırlamaq üçün 2 çay qaşığı cirə qəhvəüyüdəndə
üyüdülür, termosda 1/2 l qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür
və sonra adi çay kimi gün ərzində içilir. Çaya zövqə görə limon, bal
əlavə etmək olar. 

Nəzərinizə çatdıraq ki, cirə çayı sidikqovucu təsirə malikdir və bu
səbəbdən onu daim içmək olmaz. Həmçinin xroniki mədə-bağırsaq sistemi
xəstəlikləri, hamiləlik zamanı bu çayı içmək tövsiyə edilmir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!