Daxili orqanları bərpa edən...

Daxili orqanları bərpa edən...
Xalq təbabəti
10.09.2017 39
Tam əminliklə deyə bilərik ki, bu tərəvəz qara ciyər üçün ən faydalı məhsullardan biridir.

Qədim
zamanlarda ənginar zəhərlənmələr, ödemlər, sinqa (vitaminsizlik
nəticəsində diş ətində əmələ gələn xəstəlik), kişilərdə impotensiya
zamanı müalicəvi vasitə kimi geniş istifadə olunurdu.

Avropada ənginar delikates və "əsilzadələrin yeməyi" sayılırdı. Bu tərəvəzi yalnız varlı insanlar yeyə bilərdilər.

Ənginar
müxtəlif vitaminlər (B qrupu, C, K), minerallar (kalium, sink, selen,
mis, marqans, maqnezium, fosfor, kalsium, dəmir), karotin, orqanik
turşular, qidalı liflərlə zəngindir.

Ənginar qara ciyərin fəaliyyətini yaxşılaşdırır,
təmizləyir və qara ciyərin hüceyrələrini bərpa edir. Bu tibbdə təsdiq
olunmuş faktdir. Məhz bu səbəbdən dünya əczaçılıqda bu tərəvəzi, onun
yarpaqlarını və köklərini müxtəlif qara ciyəri bərpa edən təbii
dərmanların tərkibinə daxil edirlər.

Ənginar öd kisəsinin fəaliyyətinə və
sağlamlığına olduqca müsbət təsir edir - ödqovucu effekt verir, öd
kisəsində durğunluğu aradan qaldırır, öd kisəsinin iltihabının qarşısını
alır.

Ənginar həmçinin sidikqovucu, iltihabəleyhinə təsirə malikdir. Qanda şəkərin və "pis" xolesterinin səviyyəsini aşağı salır.

Təsdiq
olunub ki, bu tərəvəzin müntəzəm qəbulu orqanizmi toksinlərdən, ağır
metalların duzlarından, nitratlardan və s. ziyanlı maddələrdən
təmizləyir.

Ənginar həzm proseslərinə də müsbət təsir edir -
iştahanı artırır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən
və köpdən azad edir, bağırsaqların mikroflorasına müsbət təsir edir.

Ənginar mübadilə prosesləri yaxşılaşdırır və sürətləndirir. Arıqlamaq istəyən insanlar bu azkalorili tərəvəzi öz qidalanmasına rahat daxil edə bilərlər.

Ənginar şirəsi dəriyə müsbət təsir edir - iltihabları azaldır, psoriaz, ekzema kimi xəstəliklər zamanı kömək edir.

Antioksidantlarla
zəngin olan ənginar orqanizmdə qocalma prosesləri ləngidir, ürək-damar
sistemi xəstəliklərinin, xərçəng xəstəliklərinin qarşısını alır.

Belə hesab olunur ki, ənginar şirəsi kişilərin cinsiyyət sistemi üçün çox xeyirlidir - ponetsiyanı artırır.

Ənginar
kulinariyada geniş istifadə olunur. Ənginarı bişirirlər, qızardırlar,
müxtəlif tərəvəz qidalarına, pissalara, piroqlara və s. əlavə edirlər.
Təzə ənginar salatlara əlavə olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!