Limon suyunun faydaları

Limon suyunun faydaları
Xalq təbabəti
10.09.2017 54
Möcüzə bir C vitamini mənbəyi olan limon bədənimizin həkimi kimidir. Budur, bir çox dərdin şəfası limon suyunun faydaları:



1. Mədə üçün yaxşıdır. İsti su ilə qarışdırılmış limon həzm
problemlərini azaltmağa kömək edir. Ürək bulanması, mədə qıcqırması və
parazitlərə qarşı təsirlidir. Həzmsizlik əlamətlərini yox edir.
Gəyirməyi təmin edir və qaz yaranmasına mane olur. Nizamlı olaraq
içildiyində bağırsaqları işlədir. Qəbizliyə və ödün fəaliyyətinə yaxşı
təsizr edir. Bəlğəm miqdarını azaldır və öd daşı əriməsinə köməkçi olur.



2. Dəri baxımına faydalıdır. Limon təbii bir antiseptik dərmandır.
Dəri problemlərində müalicə əhəmiyyəti var. Dərini cavanlaşdırır, üzə
parlaqlıq verir, c vitamini ilə təmin edir, yaşlanmaya qarşı təsir edir.
Qara nöqtələrə və qırışlara qarşı faydalıdır.



3. Diş baxımına faydalıdır. Təzə limon suyu dişlərə tətbiq edildiyində
diş ağrısını kəsir. Diş ətinə masaj edildiyində diş əti qanamalarını
dayandırır. Ağız qoxusunu aradan qaldırır.



4. Boğaz infeksiyalarını müalicə edir. Boğaz ağrısı, farengit və
infeksiyalara müqavimət göstərə bilən mükəmməl bir meyvədir. Boğaz ətinə
yaxşı təsir edir. Qarqara edilə bilər.



5. Arıqlamağa kömək edir. Nizamlı olaraq limon suyu içmək arıqlamağa
köməkçi olar. Yağ əriməsini asanlaşdırır. İlıq suya bal ilə qatılanda
effekt verir. Bədəni formada saxlayar.



6. Yüksək qan təzyiqini salır. Yüksək təzyiqdə limon suyunun faydalı
olduğunu hər kəs bilir. Yüksək kaliumla zəngindir, ürək problemlərinə
yaxşı təsir edir, təzyiqi salır. Tənəffüs xəstəliklərinə yaxşı təsir
edir. Xüsusilə, astma xəstələrində nəfəs almağı asanlaşdırır.



7. Revmatizmanın müalicəsi üçün təsirlidir. Bakteriya və toksinlərin bədəndən atılmasını təmin edər.



8. Temperaturu salır. Soyuq dəyməsində və qripdə nanə-limon içilir.



9. Qanı təmizləyir. Kolera və qızdırma kimi xəstəliklərdə müalicə edicidir. Qanı təmizləyir və tənzimləyir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!