Qara istiot nə ilə faydalıdır?

Qara istiot nə ilə faydalıdır?
Xalq təbabəti
10.09.2017 37
Dünyada ən populyar ədviyyatlardan biri olan qara istiotun vətəni Hindistan və Misirdir.

Qədim Misirdə istiot əvvəllər dini mərasimlərində istifadə olunurdu. Daha sonra istiotu qidalara əlavə etməyə başladılar.

 

Orta
əsrlərdə istiot Avropaya gətirilib. Burada istiot həddindən artıq
bahalı idi. İstiotdan yalnız çox varlı insanlar istifadə edirdi.

İstiot
qədim zamanlardan müalicəvi vasitə kimi istifadə olunurdu. Qədimdə
istiot ishalın, dəri xəstəliklərinin, impotensiyanın müalicəsində
istifadə olunurdu.

Qara istiotun müxtəlif faydalı xüsusiyyətləri var. İstiot

- həzm prosesləri yaxşılaşdırır və stimullaşdırır, iştahanı artırır

- qidada olan faydalı maddələrin (ilk növbədə aminturşuların) mənimsənilməsini yaxşılaşdırır

- qıcqırma və köplə mübarizə aparır

- qan dövranını yaxşılaşdırır, qanı duruldur, tromblaşmanın qarşısını alır

- nəfəsalma orqanları selikdən təmizləyir

- maddələr mübadiləsi proseslərinə müsbət təsir edir, onları sürətləndirir

- piylənmənin qarşısını alır, arıqlamağa kömək edir

- bağırsaqlara antiseptik təsir edir

- bağırsaqları toksinlərdən, şlaklardan təmizləyir

- qurdqovucu təsirə malikdir

- orqanizmə iltihabəleyhinə təsir edir

- xoşbəxtlik hormonlarının (endorfin və serotonin) ifrazını aktivləşdirir

- şişəleyhinə təsirə malikdir.

Bəzi
xəstəliklər və pozulmalar zamanı qara istiotun istifadəsi qadağandır.
Bu xəstəliklər arasında: qastrit və mədə xorası, sidik kisəsi və
böyrəklər iltihabları, hipertoniya, stenokardiya və s.

Lakin
hətta tam sağlam insanlar da bu ədviyyatdan süi-istifadə etməməlidir.
Bu onların sağlamlığında pozulmalara səbəb ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!