Aloe bitkisinin faydası

Aloe bitkisinin faydası
Xalq təbabəti
10.09.2017 37
Bu bitkini "ev həkimi" adlandırırlar. Aloe bitkisi müxtəlif xəstəliklər zamanı istifadə olunur.

Farmasevtik sənaye bu bitkinin əsasında müxtəlif dərman preparatları,
körpələr üçün olan müxtəlif yağlar, kremlər və s. hazırlayır.

Araşdırmalar nəticəsində məlum olub ki, aloenin tərkibində 200-dən artıq
bioloji aktiv maddələr var - vitaminlər, mikroelementlər, aminturşular,
fitonsidlər, fermentlər və s.

Aloe (bu bitkini "aloe vera" da adlandırırlar) güclü yarasağaldan
təsirinə malikdir. Dəridə olan yaraları bu bitkinin köməyi ilə tez bir
zamanda sağaldmaq mümkündür. Bunun üçün bitkinin ən qalın yarpaqları
(onlar aşağıda yerləşir) istifadə olunur. Yarpaq yuyulur, üzərində olan
nazik pərdə soyulur və yarpaq yaranın üzərinə qoyulur.

Aloe yarpağı həmçinin yanıqların sağalmasını sürətləndirir,
ağsızlaşdıran, mikrob və iltihabəleyhinə təsirinə malikdir. Sübut olunub
ki, aloe bitkisi stafilokokklar, streptokokkları, göbələkləri məhv
edir.

Aloe yalnız dərinin üzərində olan yaraları yox, daxildə olan yaraları da
sağaldır. Aloe şirəsi mədə və 12 barmaq bağırsağı xoraları və
eroziyaları zamanı geniş istifadə olunur. Şirə xoraların və eroziyaların
sağalmasını sürətləndirir. Aloe şirəsinin balla qarışığı bu xəstəliklər
zamanı ən təsirli və sınanmış xalq təbabəti üsullarından biri sayılır.

Bu təbii dərmanı hazırlamaq üçün aloenin qalın yarpağı götürülür,
tənzifə bükülür və 3-4 gün ərzində soyuducuda saxlanılır. Daha sonra
yarpaq yaxşı yuyulur, üzərində olan nazik pərdə soyulur və yarpaq
blenderdə əzilir. Alınmış kütlə bir neçə lay tənzifdən sıxılır. 2 xörək
qaşığı aloe 1 xörək qaşığı balla qarışdırılır və səhər tezdən qida
qəbulundan əvvəl qəbul edilir. Müalicə kursu 10-15 gündür.

Aloe şirəsi ilə bal həm də yüksək immunitet stimullaşdırıcı təsirinə
malikdir. Soyuq fəsillərdə bu sadə vasitə sizi respirator xəstəliklərdən
qoruyacaq.

Aloe şirəsini həmçinin rinit (zökəm) zamanı buruna damızdırmaq olar.
Boğaz ağrısı, tonzillit (angina), stomatit (ağız boşluğu iltihabı)
zamanı aloye şirəsi ilə qarqara çox yaxşı müalicəvi təsir edir.

Aloe şirəsinin güclü işlədici təsiri var. Qəbizlikdən əziyyət çəkən
insanlar aloe şirəsini müalicəvi vasitə kimi istifadə edə bilərlər.

Aloe kosmetologiyada da geniş istifadə olunur. Bu bitkinin şirəsi üz
dərisinin müxtəlif problemlərlə (civzələr, irinliklər və s.) mübarizədə
yaxşı kömək edir. Aloe şirəsi müxtəlif təmizləyici və ağardıcı kosmetik
maskalara daxildir. Ev şəraitində bu kimi təmizləyici maskanı hazırlamaq
olar: 2 xörək qaşığı mavi gil + 2 xörək qaşığı su + 2 xörək qaşığı aloe
şirəsi, yaxşı qarışdırın və üzünüzə çəkin. 20 dəqiqədən sonra ilıq su
ilə yuyun.

Problemli dəri üçün bu kimi losyon da hazırlamaq olar. İri aloe yarpağı
soyulur, blenderdən keçirilir və üzərinə 50 qr tibbi spirt əlavə olunur.
1 gün keçdikdən sonra məhlul bir neçə qat tənzifdən yaxşı süzülür.
Losyonu yalnız problemli yerlərə çəkin. İlk dəfə losyonu (və həmçinin
maskanı) dərinin kiçik hissəsində yoxlayın, qazırtı və s. allergik
reaksiya olmazsa, istifadə edə bilərsiniz.

Aloe şirəsi həmçinin dəriyə cavanlaşdırıcı təsir edir, dərinin "karkası"
olan kollaqen liflərinin bərpasına kömək edir. Bu səbəbdən aloe şirəsi
bir çox anti-age ("yaş əleyhinə") vasitələrin tərkibinə daxil edilir. Ev
şəraitində aloe şirəsini cavanlaşdırıcı maskaların tərkibində istifadə
etmək olar. Məsələn, 2 xörək qaşığı xama, 5 damcı vitamin A (apteklərdə
satılır), 2 xörək qaşığı aloe şirəsi qarışdırılır və təmiz üz dərisinə
çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və dəriyə
qidalandırıcı krem çəkin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!