Dəhşətli xəstəliklərlə mübarizə aparan sehrli meyvə

Dəhşətli xəstəliklərlə mübarizə aparan sehrli meyvə
Xalq təbabəti
10.09.2017 16
Heyva qış fəslinin ən sevilən meyvələrindən biridir. Türkiyəli
həkim-diyetoloq Şəbnəm Kandıralı qış xəstəliklərindən, xüsusilə,
qripdən qorunmaq üçün heyvadan yararlana biləcəyimizi bildirib.

 

Şəbnəm Kandıralının sözlərinə görə, heyva vitamin və minerallarla ən zəngin meyvələrdən biri sayılır:

 

"Heyva
A və C vitamini, həmçinin, B qrup vitaminlərlə zəngindir. Bununla
yanaşı, kalsium, dəmir, fosfor, mis, kalium, sink və maqnezium da ehtiva
edir”.

 

Diyetoloq bildirib ki, bu meyvə bir çox sağlamlıq probleminin həllidir:

 

"Heyva
bağırsaqlar üçün faydalıdır. Bu meyvənin tərkibində güclü
antioksidantlar var. Bu səbəbdən, heyva yeyərək yaşlanma ilə mübarizə
aparmaq olar. O, ürək xəstəliklərinə yaxalanmaq riskini də azaldır.
İflic, infarkt kimi halların qarşısını alır. Heyvanı balla qarışdırıb
yedikdə mədə və bağırsaq problemlərini, qəbizliyi aradan qaldırır.
Heyvanın  toxumlarını suda bişirib ondan əldə edilən məcunla göz
iltihablarını, boğaz ağrısını müalicə edirlər.

 

Heyva xərçəngin də düşməni hesab edilir. Onun şirəsi stresslə mübarizədə ən güclü vasitələrdən biridir.

 

Onu
da qeyd edək ki, yaponların apardıqları araşdırmalar heyvanın
qabığındakı maddələrin hepatit A, B və C-yə səbəb olan orqanizmlərin
böyüməsinə mane olduğunu göstərib.

 

Həkimin
sözlərinə görə, heyvanın ən böyük faydası qrip və soyuqdəyməyə yaxşı
təsir etməsidir. O, bu iki xəstəliyi ən güclü dərmanlardan daha tez
sağaldır:

 

"Heyva
qrip və soyuqdəymə zamanı müşahidə edilən ürəkbulanma və qusma
hallarının qarşısını alır. Tərkibindəki vitamin və minerallar sayəsində
immunitet sistemini gücləndirir və orqanizmin xəstəliyə qarşı
müqavimətini artırır”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!