Çobanyastığı çayının 1001 faydaları

Çobanyastığı çayının 1001 faydaları
Xalq təbabəti
10.09.2017 63
Cobanyastığını dəmləmək çox asandır. 2 çay qaşığı qurudulmuş
çobanyastığını bir fincan suda dəmləyirik. Onu isti içmək lazımdır.
Bəzən çobanyastığı çayına digər bitkilər də əlavə edirlər. Çobanyastığı
güclü sakitləşdirici effektə malikdir, sinir sisteminə yaxşı təsir edir,
yuxusuzluqla mübarizədə kömək edir. Gərginlik və narahatlıq bəzən
mədə-bağırsaq sisteminin xəstəlikləri ilə əlaqədar olur. Çobanyastığı
çayı mədənin selikli qişasının iltihabını götürür və ağrıları azaldır,
ona görə də mədə və onikibarmaq bağırsağın xoralarında tövsiyyə edilir.
Bağırsaq mikroflorasının pozulmasından əziyyət çəkənlər üçün də
çobanyastığı çayı faydalıdır. O həmçinin böyrək və öd kisəsi daşlarında
əla profilaktik vasitədir. 

* Tərlədici, ağrıkəsici və mikrobəleyhinə vasitə kimi çobanyastığı çayı
soyuqdəymələrdə faydalıdır. Ağzın və boğazın selikli qişasının
iltihabında onu qarqara üçün istifadə edirlər.

* Göz infeksiyalarında çobanyastığı çayının paketindən istifadə edilir.
Paketi qaynar suya saldıqdan sonra gözün üzərinə qoyulur. Bu
konyuktivitin müalicəsində effektivdir.

* O həmçinin üz dərisinə də xeyirlidir. Gündəlik səhər yeməyindən əvvəl 1
qaşıq balla çobanyastığı çayı içmək üz dərinizə sağlam və tərəvətli
görünüş verəcək.

ks təsirlərə gəldikdə isə çobanyastığı ən zərərsiz bitkilərdən biridir.
Lakin burda da ehtiyyatlı olmaq lazımdır. Hamilə qadınlara çox miqdarda
çobanyastığı çayı içmək məsləhət deyil. Onu sedativ vasitələrlə eyni
vaxtda istifadə etmək də olmaz. Çobanyastığını aspirin və digər qan
durulaşdırıci vasitələrlə içməyin. 

 Əgər göstəriş varsa, 2 həftə çobanyastığı çayı içə bilərsiniz. Sonra 2
həftə fasilə verin. Daha sonra yenidən içə bilərsiniz. Unutmayın ki,
istənilən halda bu dərman bitkisidirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!