Feyxoanın möcüzələri

Feyxoanın möcüzələri
Xalq təbabəti
10.09.2017 39
Feyxoanın möcüzələri



Əgər
orqanizminizdə yod çatışmazlığı varsa, maddələr mübadiləsi pozulubsa,
təzyiqinizlə bağlı problem yaşayırsınızsa, qastritdən əziyyət
çəkirsinizsə, o zaman dərhal dərman qəbul etməyə tələsməyin. Bir çox
xəstəlikləri təbii yolla sağaltmaq mümkündür. Yetər ki, yemək menyunuzun
tərkibinə feyxoa əlavə edəsiniz.



Feyxoa- ekzotik meyvədir. Bir kq təzə feyxoada 2 mq-dan 10-mq-a
qədər yod var. Ona görə də orqanizmdə yod çatışmazlığı nəticəsində
yaranan xəstəliklərdə xüsusilə faydalıdır. Adətən noyabr ayının ortaları
və yanvar ayının sonu ən məhsuldar dövrüdür. Feyxoa XIX əsrdən tanınıb.
Həmişəyaşıl ağaclar sinifinə aiddir. Bu meyvə Braziliya təbiətşünası
"Joao da Silva Feyxo” nun şərəfinə feyxoa adlandırılıb. Feyxoanın tam
tərkibinin müəyyən edilməsində bu şəxsin əvəzsiz rolu olub.Yetişmiş
meyvələrində orta hesabla 6,9 faizə qədər şəkər, 2,5 qədər üzvi
turşular, C vitamini var. Feyxoa yeganə meyvədir ki, orqanizmi yodla
təmin etməsinə görə onu dəniz məhsulları ilə müqayisə etmək olar. Ortaya
maraqlı bir sual çıxır. Bəs nə üçün yod bizim orqanizmimizə lazımdır?
Cavab çox sadədir. Çünki yod insanın yaddaşını gücləndirir,eyni zamanda
düşünmə qabiliyyətinin fəal inkişafına səbəb olur, habelə insanı psixi
pozğunluqlardan tamamilə uzaqlaşdırır. Əgər orqanizminizdə yod
yeterincədirsə,o zaman əmin olun ki, siz özünüzü gümrah, şən, əks halda
siz daim özünüzü yorğun, gücdən düşmüş və sanki heç nəyə həvəsiniz
olmamış kimi hiss edəcəksiniz.Yodla bərabər feyxoa özündə 93 mineral
maddələri cəmləşdirir. Feyxoanın tərkibində zəngin vitaminlərdən ibarət
makro və mikro elementlər, habelə təbiətin ona bəxş etdiyi alma turşusu
da var. Bu da insanın simasına xüsusilə gözəllik verir. Feyxoa eyni
zamanda qalxanvari vəzini, ateroskleroz, pielonefrit ( böyrək problemi) ,
mədə-bağırsaqda qastrit, kolit və s. kimi xəstəliklərin müalicəsində
böyük əhəmiyyətə malikdir.Əgər sizin dəri ilə probleminiz varsa o zaman
feyxoa yağı istifadə edə bilərsiniz. Yaxud dərinizdəki ləkələri aparmaq
üçün feyxoanı şirə çəkən maşından keçirin, yaxın dərinizə . Tərkibindəki
bolluca C vitamini ləkələrin təmizlənməsinə kömək edəcək. Həmçinin
soyuducunun buz dolabına töküb daim üzünüzə çəkə bilərsiniz. Nəticənin
mükəmməl olacağından əmin ola bilərsiniz. Xəstəliklərdə istifadə etmək
üçün 1:1 şəkərlə feyxoa götürülür, bura qabıqlı halda limon və portağal
da çəkə bilərsiniz . Daim soyuducuda saxlanılır. Bundan səhər və axşam 1
xörək qaşığı qəbul etmək lazımdır. 10 gün qəbul edib, 10 gün istirahət
etmək məsləhətdir. Feyxoa həmçinin, stenokardiya xəstəliyinin
müalicəsinə də kömək edir. Həmçinin uşaqlarda boğaz ağrısına qarşı, qan
artmasına, immun siteminin artmasına yardımçı olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!