Göyərtinin faydaları

Göyərtinin faydaları
Xalq təbabəti
10.09.2017 26
Yaşıl soğan —
qocalmaya qarşı Soğanın tərkibində qan yeniləyən xlorofillin miqdarı
çoxdur. Cəmi 50 qram soğanda gündəlik askorbin norması, B1 və B2
vitamini var ki, bunlar da əsəb sistemi üçün vacibdir. Eləcə də onun
tərkibindəki faydalı maddələr kansrogen hüceyrələri bədəndən çıxarır. Bu
göyərti hüceyrələrin qocalma prosesini ləngidir, xüsusilə dəri və cinsi
orqanların qocalmasını ləngidir. Lakin ehtiyatlı olmaq lazımdır. Çünki
normadan çox yeyiləndə təyziqi qaldıra, damarlarda spazmaya səbəb ola
bilər.



Cəfəri — kariyesə qarşı

Kanadanın
Toronto Universitetinin mütəxəssisləri suda ftor maddəsi az olan
bölgələrdə yaşayanlara hər günazı bir budaq çəfəri yeməyi məsləhət
görür. O, dişləri kariyesdən qoruyur. Bu göyərti ana olmaağa
hazırlaşanlar üçün də — körpələrin normal inkişafında çox faydalıdır.
Cəmi bir qaşıq çəfəri şirəsi arterial təyziqi salmağa yardım edir. Onun
tərkibində ürək üçün faydalı olan kalsium da boldur. Amma çox yemək
olmaz. Çünki bu halda ürək döyüntüsü arta bilər.

 

Arıqlamaq üçün çuğundur yarpağı

Onun
tərkibi güclü antioksidanlarla boldur. Betain maddəsi yüksək təyziqi
salır, xolestroldana zad edir. Ən kiçik kapilyarları belə
möhkəmləndirir. Arıqlamaq istəyənlərdə bu məhsulu sınaqdan keçirə bilər.
Belə ki, bir necə iri yarpağı 1 stəkan qaynar suyun içərisinə salaraq
dəm aldırın. Alınan məhluldan 2-4 həftə ərzində gün ərzində yeməkdən
əvvəl için. O, maddələr mübadiləsini yaxşılaşdırır.

 

Nasazlıqdan sonra turşəng

Bu
göyərtinin tərkindəki maddələr sizə qonaqlıqlar, toylardan sonra
özünüzə gəlməyə kömək edəcək. Bundan əlavə göyərtinin tərkibindəki alma
turşusu maddələr mübadiləsini sürətləndirir, qaraciyəri təmizləyir.
Xüsusilə ət yeməklərindən sonra bir necə ədəd turşəng yemək məsləhətdir.
Amma ehtiyatlı olun. Normadan çox qəbul etsəniz sidik kisəsi və
böyrəklərdə duz yığıntısı yarada bilər. Onun tərkibində K vitaminin çox
olması tromblarında yaranmasına «kömək edə» bilər.



Şüyüd gücləndirir

Bu
sadə və ən çox istifadə etdiyimiz göyərtinin tərkibi faydalı maddələrlə
boldur. Belə ki, onda hətta almadan, ciyərdən də çox dəmir var. Şüyüd
damarları genişləndirir ki, bu da isti hava şəraitində insanı
yüngülləşdirir. Yuxusuzluqda kömək edir, yuxu hormonu olan melotin
istehsalını artırır. Yəqin ki, bütün analar şüyüd suyunun körpə üçün
əhəmiyyətini bilir. Çünki o, köpün qarşısını alır. Kompresi gözlərin
yorğunluğunu və qızartısında kömək edir. Amma, bəzi komponentləri,
məsələn, anetolu özündə birləşdirən efir yağı çoxdur. Ondan çox istifadə
ürək döyüntüsü, tənəffüsün çətinləşməsi, əsəb gərginliyinə səbəb ola
bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!