Vişnə suyunun faydaları

Vişnə suyunun faydaları
Xalq təbabəti
10.09.2017 8
Gündə bir stəkan su vücudun günlük antioksidant ehtiyacını
qarşılaya bilir. Yaqut qırmızı rəngli mürəbbəsini və suyunu sevə-sevə
içdiyimiz albalı suyunun tərkibi minerallar və vitaminlər sayəsində bir
çox xəstliyə qarşı qoruma mexanizminə keçir. Qırmızı rəng verən
"antosiyanın” isə hüceyrələrin yenilənməsinə səbəb olur.



Gündə bir stəkan albalı suyu: Vücud gündəlik antioksidant
ehtiyacını qarşılayır. Ürək və damar xəstəliklərindən xərçəngə tutulmaq
riskini azaltmağa yardım edir. əzələ ağrılarının azalmasına, yaddaşın
möhkəmlənməsinə və kiloya nəzarət etməsində əvəzsiz rola malikdir.

Rəngi və dadından dolayı, illər boyu daha çox suyu və mürəbbəsi ilə
ilə sevilən albalı, bir çox xəstəliklərdən qoruya bilir. Albalı əsl
vitamin deposudur. Tərkibindəki A və B vitamini sodium, potasium,
kalsium və fosfor mineralları ilə qızdırma kimi xəstəliklərdən qoruyur.



Dadı turşməzə və qara gilasa nisbətən daha az şəkərli olduğu üçün
az kalori verir. Mədə və qaraciyərin davamlı olaraq yaxşı işləməsinə
kömək etməkdən əlavə, vücudda yığılan artıq suyun xaricə çıxmasına da
kömək edir. Albalının meyvələri yeyildikdən sonra sapları atılmayıb
kölgə və hava olan bir yerdə qurudulsa, böyrəkləri və sidik yollarını
təmizləyər, Albalının tərkibində olan bəzi minerallar səbəbiylə bədənin
su tarazlığını nizamlayır, bədəni gücləndirici tonik funkisyasını yerinə
yetirər.



Təbii ağrıkəsici: Albalı əzələ ağrılarını azaldır. İdman və
məşqlərdən sonra tərkibindəki antosiyanın sayəsində rol oynamır.
Ağrıkəsici yerinə təbii və dadlı albalı suyu için.



Zehni açır: Damarların sərtləşməsinə mane olur, qan dövranını
nizama salıb, iltihablanmasının qarşısını alır. Albalı suyu xalq
arasında zehni açması ilə tanınır, yaddaşı möhkəmləndirməsi üçün son
dərəcə faydalıdır. Antosiyanın, beyin hüceyrə divarlarına nüfuz edərək
antioksidant qorumasını həyata keçirir. Mütəxəssislər, tələbə və
şagirdlərə gündə bir stəkan albalı suyu içməyi məsləhət görür.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!