Beynin dostu qoz

Beynin dostu qoz
Xalq təbabəti
10.09.2017 12
Qoz şəklinin beynin kiçildilmiş bir modeli olduğuna heç diqqət etmisinizmi?

Ətrafındakı yaşıl qabıq baş dərisinə,
sərt qabığı insan kəlləsinə içindəki incə qat beyin qatına, meyvəsi ilə
də beynin şəklinə tamamən bənzəyir.



Qoz həm təzə həm də quru halda istifadə oluna bilir. Tortlara, ətli
yeməklərə, plovlara, makoronlara və s. yeməklərə qatılaraq onların
ləzzətini artırır. Bütün dünya mətbəxlərində olduğu kimi, Azərbaycan
mətbəxində də özünə geniş yer alan bu qidanı faydalarını isə saymaqla
qurtaran deyil. Tərkibində doymamış yağ turşuları olan qoz, digər sərt
qabıqlı meyvələr kimi yağ səviyyəsi yüksək olsa da, daha az miqdarda
doymuş yağ turşusuna malikdir. Qozda olan bu yağlar bitki tərkibli
yağlara çox uyğun gəlir. Qoz eyni zamanda lif, tanin, polifenol kimi sağlamlıq üçün yararlı olan bir çox maddələrlə zəngindir. 

Qoz ləpəsi kalsium və fosfor maddəsi ilə zəngin olduğu üçün zehni
yorğunluğu aradan qaldırır, sümük və dişləri bərkidir. Sinir sisteminin,
əzələ toxumasının çalışması üçün lazım olan maddələrlə zəngin bir
qidadır. Tərkibində maqnezium çox olduğu üçün əzələləri sakitləşdirir. Qırmızı qan hüceyrələrinin artmasına, ağ ciyərlərdnə oksigenin toxumalara daşınmasına kömək edir. Qan
azlığı xəstəliyində lazım olan dəmiri də qoz istifadə etməklə aradan
qaldırmaq olar. Xüsusi ilə antioksidant bolluğuna görə xərçəngdən
qorunmağa kömək edir, həzm sistemini gücləndirir. Aparılan araşdırmalara
görə yemək sonunda istifadə olunan qoz, yağlı qidaların damarlara
verdiyi ziyanı aradan qaldırır. Araşdırmalardan
məlum olmuşdur ki, istər qoz istərsə də sərt qabıqlı meyvələr ürək
infarktriskini otuz ilə əlli faiz arasında azaldır.



QOZDAN İSTİFADƏ EDƏRKƏN DİQQƏTLİ OLUN!!!

Güclü enerji mənbəyi olan qozdan həddindən çox istifadə etməklə kilonuz üzərində olan nəzarəti itirmiş olursunuz.Buna
görədə qozu ovucla yemək yox, sayaraq yemək məqsədə uyğundur. Bir qozda
ortalama 25 kalori, 8 qoz isə təqribən 200 kalori verə bilir. Kilo
probleminiz olsa da, gündə 8 qoz yeyə bilərsiniz, bu şərtlə ki, ya 200
kalorini başqa yediyiniz qidalardan kəsəcək, ya da 200 kalorini xərcləyə
biləcək bir yürüş etməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!