Zəncəfil haqqında bilmədikləriniz

Zəncəfil haqqında bilmədikləriniz
Xalq təbabəti
10.09.2017 18
Zəncəfil kökü yüksək müalicəvi xüsusiyyətlərə malikdir.

Zəncəfil kökü ta qədimdən müalicəvi vasitə kimi istifadə olunur. Zəncəfilin xeyirli xüsusiyyətləri olduqca coxdur.

Zəncəfil
antibakterial, antiseptik, iltihabəleyhinə xüsusiyyətlərinə malikdir.
Qədimdən zəncəfil boğaz iltihabları, soyuqdəymə zamanı çox uğurla
istifadə olunurdu.

Zəncəfil çox yaxşı bəlğəmgətirici vasitədir və bu səbəbdən öskürək, bronxit, bronxial astma zamanı istifadə olunur.

Zəncəfil
damarların divarlarını orada yığılan xolesterindən təmizləyir və
ateroskleroz xəstəliyi zamanı və bu xəstəliyin profilaktikası məqsədi
ilə uğurla istifadə oluna bilər.

Zəncəfilin
antihelmint (qurdlar əleyhinə) xüsusiyyətləri də var. Bu səbəbdən
uşaqların qidalarına, südə, çaya, şirəyə və s. cüzi miqdarda üyüdülmüş
zəncəfil əlavə etməklə siz uşağınızın orqanizmini qurdlardan təmizləyə
bilərsiniz.

Zəncəfilin
spazmolitik xüsusiyyətləri də var. Qadınlarda menstruasiyadan əvvəl və
menstruasiya zamanı olan ağrılarla mübarizədə zəncəfil dəmləməsi xalq
təbabətində uğurla istifadə olunur.

Ümumillikdə müxtəlif spazmlarla mübarizədə (başda, öd kisəsində, böyrəklərdə) zəncəfil çox yaxşı vasitə sayılır.

Zəncəfil həzm prosesləri stimullaşdırır və yaxşılaşdırır, qastritlə mübarizə edir.

Zəncəfil
antioksidant xüsusiyyətlərinə malikdir, insanın orqanizmini toksinlər,
sərbəst radikallar, şlaklardan təmizləyir, cavanlaşdırır, orqanizmin
tonusunu qaldırır, immuniteti möhkəmləndirir.

Zəncəfil mübadilə prosesləri sürətləndirir və bunun nəticəsində arıqlamağa kömək edir.

Zəncəfil
insanın sinir sisteminə də çox müsbət təsir edir, nevroz, stress, əqli
və emosional yorğunluq zamanı istifadə oluna bilər. Zəncəfil yaddaşı və
diqqəti yaxşılaşdırır.

Zəncəfildən
dəmləmə hazırladıqda 1/2 çay qaşığı zəncəfil tozu və ya 1 çay qaşığı
sürtgəcdən keçirilmiş təzə zəncəfil əlavə olunur.

Zəncəfil
yağı çox təsirli və güclü vasitədir. Müxtəlif xəstəliklər zamanı gündə 2
dəfə olmaqla bu yağın 1 damcısını daxilə qəbul etmək olar (yağı bir
tikə çörəyin, 1 çay qaşığı balın üzərinə damızdırıb qəbul etmək olar).

Boğaz
iltihabları, bronxit, sinusitlər (haymorit, frontit) zamanı isti suya 2
damcı zəncəfil yağı əlavə edin və bu suyun buxarı ilə nəfəs alın
(ağzınız açıq olmalıdır).

Stress
vəziyyətdə olan, nevrozdan və s. nevroloji xəstəliklərdən əziyyət çəkən
insanlara zəncəfil yağı ilə olan sakitləşdirici vannaların qəbulunu
tövsiyə etmək olar. Bu çox təsirli vasitədir. İlıq suya 5 damcı zəncəfil
efir yağı əlavə edin və 30 dəqiqə ərzində suda uzanın.  10-15 gün
ərzində hər axşam belə vanna qəbul edin.

Kosmetologiyada zəncəfil yağı yağlı dəri üçün olan maskalarda və sellülitin müalicəsində  istifadə olunur.



Zəncəfil çayı

Zəncəfil
çayı öskürək, soyuqdəymə, müxtəlif iltihablar, həzm sistemi
fəaliyyətində pozulmaları, iştahasızlıq, qəbizlik, baş ağrısı zamanı çox
yaxşı kömək edir, artıq çəkidən xilas edir, sakitləşdirir, orqanizmi
tonuslaşdırır və s. Bu çay arterial təzyiqi normallaşdırır,
aterosklerozun və trombların əmələ gəlmə riskini azaldır. Zəncəfil çayı
hər bir insan üçün xeyirlidir.

Zəncəfil çayı hər gün gündə 1 fincan olmaqla içmək olar.

Zəncəfil çayın hazırlanması üsulu.

Sürtgəcdən
keçirilmiş təzə zəncəfil kökünün 1-2 xörək qaşığın (zövqə görə) üzərinə
200 ml qaynar suda tökün və vam odda qapaq altında 10 dəqiqə ərzində
qaynadın. Sonra 10-15 dəqiqə ərzində dəmləyin və 1-2 çay qaşığı bal
əlavə edin. Çay isti içilir.

Zəncəfil çayına zövqə görə limon, bal əlavə etmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!